Türkiyə görüşünün gizlinləri: Moskva Ankara və Tehranı nədə geridə qoydu

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidVladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani
Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
“Gələcəkdə Türkiyə sərhədinə yaxın ərazilərə rəsmi Ankaranın, mərkəz hissələrə isə rəsmi Dəməşqin nəzarət etdiyi bir İdlib xəritəsi meydana çıxa bilər”

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Ankarada Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə keçirilən Türkiyə - Rusiya - İran üçtərəfli zirvə görüşü bir sıra əlamətdar hadisələrlə yadda qalacaq. Onlardan ən başlıcası tərəflərin Suriyada Konstitusiya Komitəsinə dair məsələdə razılığa gəlməsidir.

Bakı bulvarı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər

Bu məsələ uzun müddət idi ki, gündəmdə idi və tərəflər son ana qədər bir-birlərinə güzəştə getmək istəmirdilər. Lakin son anda bu məsələyə dair razılıq əldə olundu və Suriyada Konstitusiya Komitəsinin üzvlərinə dair siyahı təsdiqləndi. Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, siyahı hər üç ölkədən olan diplomatların səmərəli işi nəticəsində formalaşıb. Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində qeyd edib ki, artıq Suriyanın Mülki Konstitusiyasının hazırlanması üçün heç bir mane qalmayıb: "Cenevrədə bu komitə surətlə yeni konstitusiya üzərində işə başlayacaq".

İran prezidenti isə görüşün yekununa dair mətbuat konfransında qeyd edib ki, hər üç ölkə Suriyanın ərazi bütövlüyünün sabiq qalmasında maraqlıdır. Görüşə dair daha bir maraqlı məqam isə öz çıxışında Yaxın Şərqdə sülhdən danışan Rusiya Prezidenti Vladimir Putinin Quran ayələrindən sitat gətirməsi olub. Sputnik Azərbaycan görüşün yekunları, həmçinin bu görüşün Suriyanın, orada davam edən münaqişənin gələcəyinə necə təsir edəcəyi ilə bağlı Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Səlçuk Çolakoğlu ilə həmsöhbət olub.

© © Səlçuk Çolakoğlunun şəxsi arxivindənAsiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Səlçuk Çolakoğlu
Türkiyə görüşünün gizlinləri: Moskva Ankara və Tehranı nədə geridə qoydu - Sputnik Azərbaycan
Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Səlçuk Çolakoğlu

Mərkəzin direktoru vurğulayıb ki, Ankarada Türkiyə, Rusiya və İran liderləri – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhanin iştirakı ilə baş tutan üçtərəfli zirvə görüşünü son iki il müddətində inkişaf etdirilən Astana prosesinin bir hissəsi və davamı kimi dəyərləndirmək lazımdır: "Astana prosesinin memarı və əsas idarəedicisi Rusiyadır. Başqa sözlə desək, digər üçtərəfli zirvə toplantılarında da olduğu kimi Ankara görüşündə də əldə olunan nəticələr əsasən Rusiyanın Suriyanın gələcəyinə dair görüşünə daha çox uyğun gəlir. Hazırda İdlib vilayətində Suriya hərbi gücləri Rusiyanın dəstəyi ilə irəliləyir. Ankaradakı üçtərəfli zirvə görüşündə də Rusiya və İran Suriya hökumətini dəstəkləyən mövqe sərgilədilər".

Ərdoğan – Putin – Ruhani görüşünün yekunlarını dəyərləndirən Səlçuk Çolakoğlu vurğulayıb ki, üçlü zirvə görüşündə Suriyada Konstitusiya Komitəsinin qurulması da daxil olmaqla bir sıra məsələlərdə uzlaşmanın əldə olunmasını uğur olaraq dəyərləndirmək olar: "Hər üç ölkənin Suriya məsələsində fərqli baxışlara malik olmalarına baxmayaraq, bərabər hərəkət edərək bölgədəki riskləri azaltmağa çalışmaları olduqca yaxşı bir haldır".

Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Politoloq: “Türkiyə Suriyada daha böyük əməliyyat keçirməyə məcbur olacaq”

Mərkəzin direktoru bu görüşdən sonra xüsusi ilə İdlib vilayəti olmaqla Suriyada vəziyyətin dəyişəcəyinə, Ankara və Dəməşq arasında birbaşa dialoqun yarana biləcəyinə də işarə edib: "Türkiyənin etibarının zədələnməməsi üçün Rusiya İdlibdə hökumət qüvvələrinin irəliləyişini nəzarətdə saxlayır. Gələcəkdə Türkiyə sərhədinə yaxın ərazilərə rəsmi Ankaranın, mərkəz hissələrə isə rəsmi Dəməşqin nəzarət etdiyi bir İdlib xəritəsi meydana çıxa bilər. Hazırda həm Rusiya, həm də İran rəsmi Ankara və Dəməşq arasında birbaşa dialoqun qurulmasına təşəbbüs göstərir. Xüsusi ilə Türkiyədə olan təxminən 4 milyon suriyalının ölkələrinə geri qayıtması məsələsində Ankara və Dəməşq arasında dialoqa başlanıla bilər".

Səlçuk Çolakoğlu qeyd edib ki, zirvə görüşündən sonra prezidentlərin birgə mətbuat konfransında Rusiya lideri Vladimir Putinin Yaxın Şərqdə sülhə dair çıxışında Qurandan ayələr sitat gətirməsi Türkiyə mediasının xüsusi ilə diqqətini çəkib: "Düşünürəm ki, bu sitatın gətirilməsində məqsəd müsəlman ölkələrinin diqqətini çəkmək idi. Başqa sözlə, Putinin çıxışında Quran ayələrindən istifadə etməsini yaxşı bir PR gedişi olaraq dəyərləndirə bilərik".

Xəbər lenti
0