Sputnik Moldovan-ın rəhbərinin evində axtarış aparılıb - 2015-ci ildəki cinayətlə bağlı

© © Спутник / Mediabanka keçidГлава информагентства и радио Sputnik Молдавия Владимир Новосадюк
Глава информагентства и радио Sputnik Молдавия Владимир Новосадюк - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Moldova agentliyinin rəhbəri Vladimir Novosadyuk-un evində axtarış aparıb. Bu əməliyyat 2015-ci ildə ona qarşı qaldırılmış 2014-cü ildə Moldova bank sistemindən 1 milyard dolların çıxarılması ilə bağlı cinayət işi ilə əlaqədardır

BAKI, 17 sentyabr — Sputnik. Prokurorluq Sputnik Moldova agentliyinin rəhbəri Vladimir Novosadyukun evində axtarış aparıb. Bu əməliyyat 2014-cü ildə Moldova bank sistemindən 1 milyard dolların çıxarılması ilə bağlı ona qarşı 2015-ci ildə qaldırılmış cinayət işi ilə əlaqədardır.

Студия международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
"Guardian" "fake" ittihamına görə Sputnik-dən üzr istədi

Sputnik Moldova xəbər verir ki, bu barədə Moldovanın baş prokuroru Emil Qaytur məlumat verib.

Moldova prokurorluğu bu gün bildirib ki, Novosardyukla bağlı istintaq hərəkətləri aparılır və onun saxlanmasından söhbət getmir. O, səlahiyyətli şəxslərə məlumat vermədən yaşadığı yerdən ayrılmamaq şərtilə sərbəst buraxılıb.

Sputnik-in mətbuat xidməti KİV-də müxtəlif versiyalarda yayılmış xəbərlərlə əlaqədar olaraq qeyd edib ki, istintaqın rəsmi nəticələrini gözləməyi düzgün sayır.

"Cənab Novosardyukun evində axtarış aparılıb. Bu, bank oğurluğu ilə bağlı cinayət-prosessual hərəkətlərin davamıdır. Bunlar ötən gün Baş prokurorluğun parlamentin iki üzvünün toxunulmazlığının ləğv edilməsinə dair sorğusu ilə əlaqədardır" - deyə Qaytur bildirib.

Onun sözlərinə görə, Novosadyuk hal-hazırda saxlanılmayıb.

Sputnik Moldovanın rəhbəri Vladimir Novosadyuk fırıldaqçılıq və kirli pulların yuyulması ilə bağlı ona qarşı ittihamları rədd edib: "Səhər saat yeddidə evimdə axtarış apardılar, heç nə tapmadılar, dindirilmə üçün prokurorluğa getdik. Orada dedim ki, mənim günahım yoxdur, özümü günahkar saymıram. Mənə qarşı Şorun strukturları vasitəsilə dələduzluq və pulların yuyulması ittihamı irəli sürüblər. Mən Unibank-ın təsisçiləri arasındayam. Bankın təsisçiləri arasında çox adam, o cümlədən Pyotr Luçinski (Moldovanın keçmiş prezidenti) də var. 

Логотип международного информационного агентства и радио Sputnik, фото из архива - Sputnik Azərbaycan
Vilnüs məhkəməsi "Sputnik" agentliyinin saytının blok edilməsi barədə qərarı təsdiqlədi
Oradakı rolum ümumi yığıncaqda iştirak etmək və səs verməkdən ibarət idi. Mənim haqqında profilaktik tədbir seçdilər - 60 gün müddətində ölkəni tərk etməmək. Əgər harasa getmək istəsəm, zəng edib bu barədə məlumat verməliyəm". 

Onun sözlərinə görə, dindirilmə prosesi 45-50 dəqiqə çəkib.
"Telefondan başqa heç bir material, heç bir şey götürmədilər" , - deyə o, əlavə edib.

Bazar ertəsi Moldovanın baş prokuroru vəzifəsini icra edən Dmitri Robu parlamentdən "Şor" fraksiyasının deputatları Marina Tauber və Regina Apostolovanın toxunulmazlıq hüququndan məhrum edilməsini istəyib. Çünki onlar 2014-cü ildə respublikanın bank sistemindən bir milyard dolların çıxarılmasında iştirak etməkdə şübhəli bilinirlər. Moldova parlamenti bu tələbi qəbul edib və millət vəkilləri saxlanaraq nəzarət altına alınıb.

Tauber və Apostolova "Şor" partiyasından olan deputatlardır. Məşhur rus müğənnisi Jasminin həyat yoldaşı olan İlan Şor, Kişinyov məhkəməsi tərəfindən 2017-ci ilin iyununda bank fırıldaqçılığında iştirak etmək iddiası ilə 7,5 il müddətinə həbs cəzasına məhkum edilib. Ona Moldova ərazisini tərk etmək qadağan olunub. Fevral seçkilərindən sonra o, "Şor" partiyasının lideri olaraq parlamentin deputatı seçilib. Prokurorluq Şorun ölkəni qanunsuz tərk etməsi, beynəlxalq axtarışa verilməsi ilə əlaqədar üç cinayət işi açıb. Baş prokurorun tələbi ilə 15 avqustda Şor parlament toxunulmazlığından məhrum edilib.

Kiril Vışinski  - Sputnik Azərbaycan
Vışinski Moskvada – Ukrayna rusiyalı məhbusları qaytardı

2014-cü ildə Moldovada məlum olub ki, üç bank - ölkənin bank aktivlərinin demək olar ki, üçdə birinə sahib olan "Banca de Economii", "Banca Sociala" və "Unibank", təxminən bir milyard dolları dövlət xaricinə çıxarıblar. Həmin banklar ləğv edilib, çatışmayan vəsaitlərin bir hissəsini kompensasiya etmək üçün onların əmlakı satışa çıxarılıb. 2015-ci ildə Moldova Milli Bankının qərarı ilə vəziyyətin araşdırılması Kroll və Steptoe & Johnson LLP beynəlxalq şirkətinə həvalə olunub. 2018-ci ilin iyun ayında Baş Prokurorluq üç bankdan oğurlanan pulların geri qaytarılması üçün bir strategiya təqdim edib. O zaman hüquq mühafizə orqanlarının hər altı aydan bir nəticələr barədə məlumat verəcəyi vəd edilib.

Moldova Parlamenti iyunun 10-da keçirilən iclasında "Moldovanın bank sisteminin devalvasiyası və bank fırıldaqçılığı ilə bağlı bütün halların araşdırılması üzrə xüsusi parlament komissiyası" yaratmaq qərarına gəlib.

Xəbər lenti
0