09:53 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
27 0 0

Məhz buna görə prezidentdən, xarici işlər nazirinə və digər rəsmi şəxslərə qarşı yekdilliklə bəyan etdilər ki, biz ABŞ-la nə ikitərəfli, nə də çoxtərəfli danışıqlarda iştirak etməyəcək.

BAKI, 17 sentyabr — Sputnik. Rəsmi Tehran heç bir səviyyədə Vaşinqtonla danışıqlar aparmayacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei bildirib.

"İran xalqına qarşı maksimal təzyiq siyasəti bir qəpiyə belə dəymir və İslam Respublikasının rəsmi şəxsləri əmindirlər ki, ABŞ-la heç bir səviyyədə danışıqlar olmayacaq", - deyə Xamenei bildirib.

Onun sözlərinə görə, Vaşinqtonla danışıqlar sanksiyalar şəklində ABŞ-ın İrana qarşı maksimal təzyiq siyasətinin uğur qazanması anlamına gələcək: "Bu, həmçinin ABŞ-a İrana qarşı öz tələblərini yeritmək imkanı verəcək. Məhz buna görə, prezidentdən xarici işlər nazirinə və digər rəsmi şəxslərə qədər hamı yekdilliklə bəyan etdi ki, biz ABŞ-la nə ikitərəfli, nə də çoxtərəfli danışıqlarda iştirak edəcəyik".

Əsas mövzular