Qırğızıstan-Tacikistan sərhədində nə baş verib? Təfərrüat

© AFP 2023 / VIKTOR DRACHEVQırğızıstan və Tacikistan sərhədi, arxiv şəkli
Qırğızıstan və Tacikistan sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tacik tərəfinin qumbaraatanlardan atəş açması nəticəsində qırğızıstanlı xüsusi təyinatlı həlak olub. Atışmada həmçinin 13 nəfər yaralanıb

BAKI, 17 sentyabr — Sputnik. Qırğızıstan və Tacikistan sərhədində dünən axşam saatlarında baş vermiş atışma nəticəsində bir hərbçi həlak olub, 13 nəfər yaralanıb. Sputnik Qırğızıstan xəbər verir ki, məlumatı Qırğızıstanın Səhiyyə Nazirliyi yayıb.

Бывший премьер-министр Киргизии Омурбек Бабанов в аэропорту Манас в Бишкеке - Sputnik Azərbaycan
Səhnəyə yeni "qəhrəman" çıxdı – müxalifətçi Qırğızıstana qayıdıb

Məlumata görə, atışma Qırğızıstanın Batken vilayətində yerləşən Maksat sərhəd kəndində baş verib.

Qırğızıstan Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, insidentə səbəb Tacikistan vətəndaşlarının dövlət sərhədinin razılaşdırılmamış hissəsində tikinti işləri aparması olub: "Buna cavab olaraq Qırğızıstan vətəndaşı həmin ərazidə yerləşən evinin yanında hasar tikməyə başlayıb".

Qırğızıstan tərəfinin verdiyi məlumata görə, yerli vaxtla saat 19:30-da tacikistanlı hərbçilər aqressiv şəkildə Qırğızıstan vətəndaşından tikintini dayandırmağı tələb ediblər. Tərəflər arasında yaranmış mübahisə sonradan atışmaya çevrilib.

Sputnik Tacikistan isə məlumat verib ki, Tacikistanın Sərhəd Qoşunları insidentin yaranmasında qırğızıstanlı sərhədçilərin günahkar olduğunu bildirib. Tacikistan Sərhəd Qoşunlarının mətbuat xidməti qeyd edib ki, Qırğızıstan tərəfi ərazidə naməlum qurğu tikməyə başlayıb, ətrafda yaşayan tacikistanlılar isə tikinti işlərini dayandırmağı tələb ediblər.

Tacikistan Sərhəd Qoşunlarının mətbuat xidməti bildirib ki, "ardıcıl təxribatçı hərəkətlərdən sonra" silahsız Tacikistan vətəndaşlarına atəş açılıb və nəticədə bir neçə nəfər yaralanıb.

Qırğızıstanın Prezidenti Sooranbay Jeenbekov - Sputnik Azərbaycan
Qırğızıstan Prezidenti Təhlükəsizlik Komitəsi Sədrinin istefasını qəbul etmədi

Qırğızıstan Dövlət Sərhəd Xidməti isə bildirib ki, qırğızıstanlı xüsusi təyinatlı 41 yaşlı Ravşan Muminov tacik tərəfinin qumbaraatanlardan atəş açması nəticəsində həlak olub.

Qeyd edək ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov artıq sərhəddəki vəziyyətlə bağlı toplantı keçirib.

Jeenbekov qeyd edib ki, münaqişənin sonrakı eskalasiyasının qarşısı alınmalı, eləcə də yerli əhali ilə izahat işi aparılmalıdır. 

Bu arada Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tərəfdarları Tacikistanla sərhəddə baş vermiş hadisə ilə əlaqədar olaraq bu günə planlaşdırılmış mitinqi keçirməkdən imtina ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Atambayevin müşaviri Kunduz Joldubayeva deyib.

Xəbər lenti
0