23:55 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Timsah, arxiv şəkli

Fidel Kastronun timsahı isveçli memarın əlini qoparıb

CC BY-SA 2.0 / fvanrenterghem / Saltwater crocodile
DÜNYA
Qısa URL
17210

Timsahın sahibləri arasında Kuba lideri Fidel Kastronun və sovet kosmonavtı Vladimir Şatalovun olduğu bildirilir

BAKI, 17 sentyabr — Sputnik. 79 yaşlı isveçli memar Lars Lideqren əlini ehtiyatsızcasına timsahlarla dolu qəfəsə saldıqdan sonra qolunun dirsəyə qədər olan hissəsini itirib. Sputnik xəbər verir ki, hadisə Stokholmda yerləşən Skansen Akvariumunda baş verib.

Lideqrenin əlini qəfəsə saldığını görən "Kastro" adlı timsah fürsətdən istifadə edərək onun əlini qapıb və çənələri arasında təxminən 10 saniyə saxlayaraq kişini qəfəsə dartmağa çalışıb.

Sol əlini və qolunun dirsəyə qədər olan hissəsini itirmiş memar hadisə zamanı "dəhşətli ağrı" hiss etdiyini deyib. O, iki həftə xəstəxanada yatıb və onun üzərində əməliyyat aparılıb.

"Expressen" qəzetinin verdiyi məlumata görə, Lideqren yerli telekanalların birinin efirində hadisədən sonra qolunun hazırkı vəziyyətini göstərib.

Hadisə barədə danışan Lideqren deyib ki, heyvanlar öz davranışlarına görə cəzalandırılmamalıdırlar.

Hadisədə adı çəkilən timsahın tarixçəsi isə xüsusi marağa səbəb olub. Belə ki, kişinin əlini dişləmiş "Kastro" adlı timsah, eləcə də qəfəsdə onunla birgə saxlanılan "Hillari" adlı digər timsah bir vaxtlar sovet kosmonavtı Vladimir Şatalova məxsus imişlər. Timsahlar Şatalova Kuba lideri Fidel Kastro tərəfindən 1970-ci illərin sonlarında hədiyyə edilib. Həmin vaxt sürünənlərin çox balaca (50 santimetrdən qısa) olduğu bildirilir. Buna görə də Şatalov bir müddət timsahları mənzilində saxlayıb, lakin sonradan həyat yoldaşının tələbi ilə onları Moskva Zooparkına təhvil verib. Lakin zooparkda həyata keçirilmiş təmir işləri səbəbindən onları saxlamaq mümkün olmadığından timsahlar Stokholmun Skansen Akvariumuna təklif olunublar. "Kastro" və "Hillari" 1981-ci ildə Stokholma çatdırıblar.

Kuba timsahları 4,5 metr uzunluğuna qədər böyüyə və 60 ildən çox yaşaya bilirlər. Onlar ən aqressiv timsah növlərindən biri hesab olunurlar.

Əsas mövzular