Sevgilisini ayıdan qoruyan gənc həlak oldu

Abunə olmaq
Oğlan sevgilisinin həyatını qurtarmaq üçün ayının önünə keçib. Ayı onu qamarlayıb və birlikdə qayadan uçublar

BAKI, 14 sentyabr — Sputnik. Polşalı turistlər Ermənistanda ayının hücumuna məruz qalıblar.

Sputnik Ermənistan xəbər verir ki, sevgilisini ayıdan qorumaq istəyən gənc yırtıcı ilə əlbəyaxa olub və hündürlükdən yıxılaraq ölüb.

Ayı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Ayı yenə sürüyə hücum etdi – Qubada həyəcanlı anlar

Şənbə günü yerli vaxtla saat 14:26-da 911 xidmətinə Polşa vətəndaşı olan Marqo J. zəng vuraraq bildirib ki, yoldaşı ilə dağa qalxarkən onlara ayı hücum edib. Zəng vuran qızın dediyinə görə, sevgilisi yaralanıb və xilasedicilərin köməyinə ehtiyacı varmış. Hadisə yerinə xüsusi xilasetmə dəstəsi göndərilib.

Əldə edilən məlumata görə, turistlər 3500 m yüksəklikdə olarkən ayı onlara hücum edib. Oğlan sevgilisinin həyatını qurtarmaq üçün ayının önünə keçib. Ayı onu qamarlayıb və birlikdə qayadan uçublar.

Qız dərhal xilasedicilərə zəng vurub. Hadisə yerinə gələnlər oğlanın meyitini aşkar ediblər. Onun başındakı travmaları daşlara dəyməsi, yaxud da ayi ilə döyüşməsi nəticəsində aldığını tibbi ekspertiza müəyyən edəcək.

Bildirilir ki, ayı sağ qalıb və qaçaraq aradan çıxıb.

Xəbər lenti
0