10:03 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenski xoşbəxtliyin sirrini açıqladı

© REUTERS / Ludovic Marin / Pool
DÜNYA
Qısa URL
5910

Onun sözlərinə görə, orta statistik Ukrayna ailəsi hazırda xoşbəxt deyil: onlar süfrə arxasında əyləşərkən həmin masanın ətrafında bəzi oturacaqlar boş qalır

BAKI, 14 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski xoşbəxtliyin sirrini xoşbəxt ailədə görür. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Zelenski belə bir bəyanatı "YES" forumu zamanı verib.

Qeyd edək ki, bu il "YES" forumunun mövzusu "Xoşbəxtlik bu gün. Böhran şəraitində yeni yanaşmalar" olub.

"Xoşbəxtlik mənim üçün, ailəm üçün, həyat yoldaşım üçün nə deməkdir? Yoldaşım buradadır, o, gülümsəyəndə mən xoşbəxt oluram. Niyə də yox... Xoşbəxt ailənin özü xoşbəxtlikdir", - Zelenski deyib.

Lakin o, prezident postunu tutduğuna görə xoşbəxt olub-olmadığından əmin deyil.

"Prezident olduğuma görə xoşbəxtəmmi? Əmin deyiləm. Amma məhz Ukraynanın prezidenti olduğuma görə xoşbəxtəm", - Zelenski deyib.

Onun sözlərinə görə, orta statistik Ukrayna ailəsi hazırda xoşbəxt deyil: onlar süfrə arxasında əyləşərkən həmin masanın ətrafında bəzi oturacaqlar boş qalır, çünki "bəzi ailə üzvləri Donbasdakı hərbi münaqişədə iştirak edirlər, kimisi də xaricə pul qazanmağa gedib".

Teqlər:
forum, xoşbəxtlik, Prezident, Ukrayna, Vladimir Zelenski

Əsas mövzular