15:59 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Elektrik maşın

Məqsədi insana xidmət etmək olsa da, onu "öldürənlərin" adları açıqlandı

© Sputnik / Kirill Kallinikov
DÜNYA
Qısa URL
1591 0 0

Greenpeace ekoloji təşkilatı qlobal istiləşmə prosesinə təsir göstərən iri avtomobil istehsalçıları ilə bağlı hesabatını açıqlayıb

BAKI, 13 sentyabr — Sputnik. Greenpeace ekoloji təşkilatı qlobal istiləşmə prosesinə təsir göstərən iri avtomobil istehsalçıları ilə bağlı hesabatını açıqlayıb. 2018-ci ilin göstəricilərinə görə, təkcə Volkswagen atmosferə bütün Avstraliya sənayesindən çox parnik qazı buraxır. Ümumilikdə isə planetin çirklənməsində avtomobillərin payı 10 faiz təşkil edir.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Greenpeace təşkilatının hesabatı 2017-2018-ci illərdə 12 ən böyük avtomobil istehsalçısının ətraf mühitə təsirini və zərərli tullantıların miqdarını nəzərdən keçirir. Burada həmçinin sənayenin "ciddi ekoloji fəlakətin təsiri altında tranformasiya"nı da arzu etmədiyi göstərilir.

Ekoloqlar hibridlərə keçidi işin yarısı hesab edirlər. Bildirirlər ki, yaranmış problemlərin adekvat həlli mümkün deyil. Onlar 2028-ci ilədək qalıq yanacaqlarla (hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqları) işləyən maşınlardan tamamilə imtinana təklif edirlər. Qeyd edirlər ki, eyni zamanda tıxac problemi də həllini tapmalıdır.

Greenpeace şirkətlərə avtomobillərin sadə istehsalından tıxacı azaltmağa kömək edəcək mobil həllərin yaradılmasına keçməyi, eyni zamanda karşerinq (carsharing - avtomobil kirayəsinin bir növü) operatoru kimi fəaliyyət göstərməyi təklif edir.

Greenpeace-in sözlərinə görə, iri avtokonsernlər sərt ekoloji standartları kəskin tənqid edir və "avtomobil sahibi olmaq" ideyasını təbliğ etməyə davam edirlər. Belə bir biznes modeli köklü şəkildə yenidən nəzərdən keçirilməlidir: brendlər fərdi istifadə imkanlarını minimuma endirəcək şəkildə hazırlanacaq yüngül, yığcam və enerjiyə qənaət edən nəqliyyat vasitələrinin istehsalına diqqət yetirməlidirlər.

Eyni zamanda, hesabatda göstərilir ki, avtomobil sənayesi bütün dünya üzrə istixana qazlarının ümumi həcminin doqquz faizini (2018-ci ilin məlumatı) atmosferə atır.

Antireytinqin lideri Volkswagendir (582 milyon ton CO₂ ekvivalenti). Onu Renault-Nissan (577 milyon), Toyota (562 milyon), General Motors (530 milyon), Hyundai-Kia (401 milyon) izləyir. Siyahını 132, 161 və 164 miyon ton CO₂ ekvivalenti ilə BMW, Daimler və Suzuki tamamlayır.

Əsas mövzular