Səudiyyə vəliəhdinin bacısına Fransada şərti cəza kəsildi

© AFP 2023 / BRENDAN SMIALOWSKISəudiyyə vəliəhdi Məhəmməd ibn Salman
Səudiyyə vəliəhdi Məhəmməd ibn Salman - Sputnik Azərbaycan
Abunə olmaq
Misirli usta saatlarla təhqirlərə məruz qalıb, dizləri üstə saxlanılıb və şahzadənin ayaqlarını öpməyə məcbur edilib

BAKI, 13 sentyabr — Sputnik. Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın bacısı Həssa binti Salman Fransa məhkəməsi tərəfindən şərti olaraq 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan "CNN" telekanalına istinadən xəbər verir ki, Səudiyyə şahzadəsi şəxsi cangüdənindən 2016-cı ilin sentyabrında onun Parisdəki mənzilində təmir işləri aparmış sanitariya texnikası ustasını döyməyi xahiş edib.

Bildirilir ki, misirli usta həmçinin saatlarla təhqirlərə məruz qalıb. Belə ki, Həssa binti Salmanın cangüdənləri onu dizləri üstə durmağa və şahzadənin ayaqlarını öpməyə məcbur ediblər.

Şahzadə Həssa isə ustanı icazə olmadan onun şəkillərini və videogörüntülərini çəkməkdə günahlandırır.

Məlumata görə, Həssa binti Salman zorakılıqda iştirakda və qanunsuz olaraq azadlıqdan məhrum etməyə yardım göstərməkdə günahkar bilinib.

Şahzadə həmçinin 10 min avro (təxminən 10,9 min dollar) həcmində cərimə ödəməli olacaq. Qeyd olunur ki, Həssa binti Salman hökmün elanında iştirak etməyib.

Xəbər lenti
0