Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Briqada generalı Rusiyanın ən təhlükəli silahlarının adlarını açıqladı

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçid"S-400" sistemləri, arxiv şəkli
S-400 sistemləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bal bu növ silahlanmalara qarşı süni zəka texnologiyaları, yeni silahların hazırlanması və hərbi taktikanın dəyişdirilməsi yolu ilə qalib gəlməyin mümkün olduğunu bildirib

BAKI, 13 sentyabr — Sputnik. Böyük Britaniyanın Kral Hava Qüvvələrinin briqada generalı Yuliyan Bal Beynəlxalq Müdafiə Təhlükəsizlik Texnikası Sərgisində (DSEI 2019) Rusiyanın ən təhlükəli silahlarının adlarını açıqlayıb. Sputnik Türkiyə xəbər verir ki, Bal şimal qonşumuzun ən təhlükəli silahlar siyahısında "S-400" hava hücumundan müdafiə sistemi, "Bastion-P" sahil-gəmi əleyhinə raket sistemi və İsgəndər taktiki raket sistemlərinin adlarını çəkib.

Bal bu növ silahlanmalara qarşı süni zəka texnologiyaları, yeni silahların hazırlanması və hərbi taktikanın dəyişdirilməsi yolu ilə qalib gəlməyin mümkün olduğunu bildirib.

Qeyd edək ki, "S-400 Triumf" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzunmənzilli "40N6" (400 km), uzunmənzilli "48N6" (250 km), ortamənzilli "9M96" (120 km) və qısamənzilli "9M96E" (40 km) raketləri. "S-400" hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.

Qərb analitiklərinin fikrincə, "S-400" zenit-raket kompleksi "İskəndər" OTRK və "Bastion" sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı, Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır.

Xəbər lenti
0