03:58 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
28 0 0

“Ayrı-ayrı gərginlik ocaqları hökumətin nəzarətində olmayan ərazilərdə - yalnız İdlib və Fərat çayının şərq sahilində qalır"

BAKI, 13 sentyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyadakı müharibənin "həqiqətən sona çatdığını" bəyan edib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı nazir "Trud" qəzetinə müsahibəsində bildirib.

"Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları hökumətin nəzarətində olmayan ərazilərdə - yalnız İdlib və Fərat çayının şərq sahilində qalır", - deyə Lavrov müsahibəsində bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə Suriyaya humanitar yardım göstərmək və "bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq üçün böhranın həlli üçün siyasi prosesin irəliləməsi" vəzifələri ön plana çıxır.

O, həmçinin vurğulayıb ki, Rusiya Suriyanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının tərəfdarıdır.

Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən bəri davam edir. 2015-ci ilin avqustunda Prezident Bəşər Əsəd hərbi yardım istəyi ilə Rusiyaya müraciət edib. 2015-ci il sentyabrın 30-dan etibarən Rusiya hava qüvvələri Suriyada hərbi əməliyyatlara başlayıb.

Əsas mövzular