Türkiyədə dəhşətli terrorun qurbanları artır

© REUTERS / Kenan GurbuzMarmaris şəhərində polis. 16 iyul 2016-cı il
Marmaris şəhərində polis. 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə prezidenti isə şəhid olan şəxslərin yaxınları ilə telefonla əlaqə saxlayıb, onlara başsağlığı verib və partlayışı törədənlərin tapılması üçün səy göstərəcəyini bildirib

BAKI, 13 sentyabr — Sputnik. Türkiyədə ötən gün baş verən terror aktında ölənlərin sayı 7-yə çatıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yaralıların sayı isə 10 nəfərdir.

Xatırladaq ki, ötən gün Diyarbakır vilayətinin Kulp yaşayış məntəqəsində odun toplamağa gedən mülki vətəndaşları daşıyan avtobus yolda hərəkətdə olarkən partlayış baş verib. Partlayışın PKK yaraqlıları tərəfindən törədildiyi bildirilir.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu yaralılara xəstəxanada baş çəkib.

Ölkə prezidenti isə şəhid olan şəxslərin yaxınları ilə telefonla əlaqə saxlayıb, onlara başsağlığı verib və partlayışı törədənlərin tapılması üçün səy göstərəcəyini bildirib.

Xəbər lenti
0