Dünyadakı ən populyar geyimlərin adları açıqlandı

© AP Photo / Andy WongPaltar mağazası, arxiv şəkli
Paltar mağazası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa brendləri arasında Gucci hələ də ən populyar brend olaraq qalır. Bu firma Böyük Britaniya, Yunanıstan, Danimarka, Lüksemburq, İsveçrə və İsveçdə birinci yerdədir

BAKI, 13 sentyabr — Sputnik. Lyst platformasının mütəxəssisləri dünyanın müxtəlif ölkələrində ən tez-tez alınan geyimlərin adlarını açıqlayıblar.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər bu reytinqi platformada aparılan axtarış və sorğular əsasında hazırlayıblar.

Qızlar, arxiv şəkli - Sputnik Azərbaycan
Şalvar, mini və "qızıl mağazaları"na ilişən müəllim azadlığı - həddi kim təyin edir?

Məlum olub ki, italyanlar bel çantalarını digər geyim və aksessuarlardan daha çox sevirlər. Almanlarda pariklər və vinildən hazırlanmış əşyalar daha çox tələb olunur. Danimarkada qadınlar Skandinaviya markalarına üstünlük verirlər. Geyimlərdən ən çox çiçəkli və naxışlı mini donları, neylon çantaları və toxunma idman ayaqqabılarını seçirlər. İspanlar heyvan mənşəli (dəri və yun) şeyləri, yaşıl paltar və qırmızı ayaqqabıları sevirlər.

Rusiyalı alıcıların ən populyar sorğuları kəmərlər, bel çantaları, krossovkalar, idman şalvarları, kapyuşonlu, "balon" və dəri gödəkçələrlə bağlıdır.

Avropa brendləri arasında Gucci hələ də ən populyar brend olaraq qalır. Bu firma Böyük Britaniya, Yunanıstan, Danimarka, Lüksemburq, İsveçrə və İsveçdə birinci yerdədir. Balenciaga, Off-White, Nike, Dolce & Gabbana isə ən çox tələb olunan brendlərin siyahısında sonrakı yerləri tutur.

Lyst mütəxəssisləri qeyd ediblər ki, idman ayaqqabıları Rusiyada ən populyar və çox tələb olunan geyim əşyasıdır.

Xəbər lenti
0