03:50 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
ABŞ Prezidenti Donald Tramp və Con Bolton, arxiv şəkli

Kim Çen In buna görə Trampa ömürlük minnətdar olmalıdır

© REUTERS / Carlos Barria
DÜNYA
Qısa URL
48610

ABŞ prezidenti həmçinin Boltonla işbirliyindən çəkindiyinə görə Şimali Koreya lideri Kim Çen Inı günahlandırmadığını bildirib

BAKI, 12 sentyabr — Sputnik. "O, təklif edirdi ki, Şimali Koreya ilə Liviyayla olduğu kimi rəftar edək". Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp istefaya göndərdiyi milli təhlükəsizlik üzrə müşaviri Con Bolton haqqında deyib.

Trampın sözlərinə görə, Boltonun Şimali Koreya ilə "Liviya modeli"nə uyğun olaraq rəftar etmək təklifi səhv ideya idi.

"Con ilə yaxşı münasibətlərim var idi. Lakin onun bəzi səhvləri olub. O, təklif edirdi ki, Şimali Koreya ilə Liviyayla olduğu kimi rəftar edək. (Liviyanın həlak olmuş baş naziri Muəmmər – red.) Qəddafinin başına gələnləri nəzərə alsaq, bu elə də yaxşı bir bəyanat deyildi. O (Bolton – red.), çox sərt oğlan idi", - Tramp jurnalistlərə deyib.

ABŞ prezidenti həmçinin Boltonla işbirliyindən çəkindiyinə görə Şimali Koreya lideri Kim Çen Inı günahlandırmadığını bildirib.

Tramp əlavə edib ki, Şimali Koreya ilə danışıqların baş tutduğu bir vaxtda "Liviya modeli"ni tətbiq etmək ideyası "ağıllı təklif deyildi".

Amerika lideri həmçinin Boltonun istefaya göndərilməsi qərarının necə verildiyi barədə danışıb.

"O, (istefasından – red.) bir gün əvvəl axşam saatlarında mənə yaxınlaşdı, ... mənimlə üzbəüz oturdu və mən ona dedim: "Con, sənin bu qədər insanla razılaşa bilmədiyini və özüm də daxil olmaqla bir çoxumuzun sənin taktikan ilə razı olmadığımızı nəzərə alaraq, sənin istefaya getməyini istərdim". O, belə də etdi. Ümid edirəm onun bütün işləri yaxşı olacaq", - Tramp deyib.

Qeyd edək ki, 2018-ci ilin martında milli təhlükəsizlik üzrə müşavir kimi təyinatından əvvəl verdiyi müsahibələrin birində Con Bolton "Liviya modeli"nin Şimali Koreya ilə razılaşma əldə etmək üçün yeganə variant olduğunu deyib.

"Bloomberg" agentliyinin verdiyi məlumata görə, bazar ertəsi Oval kabinetdə baş tutmuş iclas zamanı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Tehranla danışıqları bərpa etmək üçün İrana qarşı sanksiyaların yumşaldılması ideyasını dəstəkləyib. Elə həmin gün Tramp Boltonu işdən qovmaq qərarına gəlib. Onun bu qərarı isə çərşənbə axşamı elan edilib.

Boltonun istefaya göndərilməsi Tramp və onun iranlı həmkarı Həsən Ruhani arasında baş tuta biləcək görüş haqqında bəyanatların fonunda baş verib. Belə ki, Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Boltonun vəzifəsindən azad edilməsindən sonra iki ölkə liderinin BMT Baş Assambleyası çərçivəsində görüşə biləcəyini bildirib.

Xatırladaq ki, Liviya lideri Muəmmər Qəddafi 2011-ci ildə ölkəsində baş vermiş çevriliş zamanı Liviya Milli Keçid Şurasının döyüşçüləri tərəfindən tutularaq öldürülüb.

Əsas mövzular