Sursat anbarında baş verən partlayış suallar doğurur - VİDEO

© AFP 2023 / STEFANOS KOURATZISNikosiada təcili tibbi yardım avtomobili, arxiv şəkli
Nikosiada təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri" Qüdrət Özərsay "Facebook" paylaşımında bildirib ki, yanğın hərbi zonada yerləşən sursat anbarına yayılıb və orada partlayışlar baş verib

BAKI, 12 sentyabr — Sputnik. Kiprin şimalında yerləşən sursat anbarında baş vermiş partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Sputnik Azərbaycan "RT" agentliyinə istinadən xəbər verir ki, sursat anbarında böyük yanğın başlayıb. Hadisə yerindən yayılmış videogörüntülərdə alovun binanı bürüdüyünü görmək olar.

"Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri" Qüdrət Özərsay "Facebook" paylaşımında bildirib ki, yanğın hərbi zonada yerləşən sursat anbarına yayılıb və orada partlayışlar baş verib.

Birinci partlayış zamanı şüşələrin qırılması nəticəsində bir neçə nəfər yüngül xəsarətlər alıb. Sursat anbarının ətrafındakı ərazi bağlanılıb, elektrik enerjisi təchizatı dayandırılıb, eləcə də yaxınlıqda yerləşən kəndin əhalisi təxliyə olunub.

 

Özərsay həmçinin qeyd edib ki, yanğını məhdudlaşdırmaq mümkün olsa da, binada hələ də yanğın davam edir.

Ölüm faktları barədə məlumat verilməyib.

Xəbər lenti
0