Ağır mövsüm: Türkiyədə həyatını itirmiş rusiyalı turistlərin sayı açıqlandı

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidAntalya, arxiv şəkli
Antalya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Keçən il təxminən 6 milyon rusiyalı Türkiyəyə səfər edib, bu il isə onların daha da çox olacağı gözlənilir.

BAKI, 11 sentyabr — Sputnik. Cari turizm mövsümünün başlamasından bəri Türkiyədə 88 rusiyalı dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov RİA Novosti-yə deyib.

Diplomatın sözlərinə görə, bundan başqa, 40 tibbi təxliyə faktı da qeydə alınıb.

Сейсмограф. Землетрясение - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanın turizm cənnətində zəlzələ oldu

Səfir deyib ki, bu göstəricilər turist axınının artması ilə bağlıdır – keçən il təxminən 6 milyon rusiyalı Türkiyəyə səfər edib, bu il isə onların daha da çox olacağı gözlənilir.

Yerxov izah edib ki, ölüm faktlarının bir çoxu "mənasız səbəblərdən" baş verib. O, misal kimi yaşlı insanların Türkiyəyə gələrək Rusiyanın iqlimindən fərqlənən iqlimə düşmələrini və bu səbəbdən də insult və ya infarkt keçirmələrini misal gətirib. Digər bir səbəb kimi o, yol-nəqliyyat hadisələrini göstərib.

Qeyd edək ki, sentyabrın 2-də verilmiş məlumata görə, Türkiyə rusiyalı turistlərin ən çox səfər etdikləri ölkələrin siyahısında birinci yeri tutub. Siyahıda ikinci yerdə Finlandiya qərarlaşıb, üçüncü yeri isə Qazaxıstan tutub.

Avqustda Türkiyənin ən məşhur kurortlarından biri olan Antalya rekord qırıb: yanvarın 1-dən avqustun 22-dək bu kurorta 10 milyon turist səfər edib. Yerli mədəniyyət və turizm idarəsinin verdiyi məlumatlara əsasən, keçən ilin eyni dövrü ilə müqayisədə burada istirahət edən xaricilərin sayı 17,6 faiz artıb.

Xəbər lenti
0