Ərdoğan bunu ilk dəfə etiraf etdi – Öhdəsindən gələ bilməyəcəyik

© © urat Cetinmuhurdar/Presidential Press Office/Handout via REUTERSTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizdə olan suriyalıların öz ölkələrinə qayıtmaları üçün onların ölkəsini terrorçulardan təmizləmək lazımdır

BAKI, 10 sentyabr — Sputnik. Türkiyə Suriyadan gələcək növbəti qaçqın dalğasının öhdəsindən gələ bilməyəcək. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Türkiyə artıq Suriyadan 3,5 milyon qaçqını qəbul edib. Bundan əlavə, vətənimizdə digər ölkələrdən olan şəxslər də sığınacaq tapıblar. Ümumilikdə Türkiyədə təxminən 5 milyon qaçqın var. Əgər Suriyadan yeni qaçqın axını gəlsə, Türkiyə onunla bacarmaq iqtidarında olmayacaq", - deyə Ərdoğan vurğulayıb.

O, əlavə edib ki, Türkiyə qaçqın axının qarşısını almaqla bütün Avropanın təhlükəsizliyini təmin edir: "Ölkəmizdə olan suriyalıların öz ölkələrinə qayıtmaları üçün onların ölkəsini terrorçulardan təmizləmək lazımdır. İŞİD terror təşkilatı Suriyada məğlub olub. İndi isə qaçqınların öz yurdlarına qayıtmalarına YPG mane olur. Ona görə Suriyanı terrorçulardan azad etmək üçün ABŞ-la əməkdaşlıq bizim üçün çox önəmlidir".

Xəbər lenti
0