Tramp dəhşətli qasırğanın fonunda yenə öz bildiyini edib

© REUTERS / JOSHUA ROBERTS ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli
 ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin "Twitter" səhifəsini izləyən istifadəçilər buna birmənalı şəkildə reaksiya verməyiblər

BAKI, 9 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsində istifadəçilərin fərqli reaksiyalarına səbəb olmuş videogörüntü yerləşdirib.

Sputnik Azərbaycan xəbər verir ki, redaktə edilmiş kadrlarda Trampın "Dorian" qasırğasının hərəkət istiqamətini təsvir edən xəritənin üzərinə lazer göstəricini tutaraq pişiyi ilə oynadığı təsvir edilir.

Videogörüntülərin fonunda isə "The Benny Hill Show" komediya şousunda istifadə olunan məşhur mahnını eşitmək olar.

Prezidentin "Twitter" səhifəsini izləyən istifadəçilər isə buna birmənalı şəkildə reaksiya verməyiblər.

Onlardan bəziləri videogörüntüləri müsbət qarşılamayıblar. Məsələn, bir istifadəçi ABŞ liderini "internet trollarının padşahı" adlandırıb və bildirib ki, qasırğanın nəticələri "internet trollarının" yalnız gülüşünə səbəb ola bilər.

Digər istifadəçilər isə Trampın yumor hissini qiymətləndiriblər və videonun gülməli olduğunu deyiblər.

Qeyd edək ki, "Dorian" qasırğası sentyabrın 1-də Baham adalarının şimalında yerləşən Abako adasının infrastrukturuna ciddi zərər vurub. Beynəlxalq Qırmızı Xaç Komitəsi Baham adalarında 13 min evin dağıldığını və ya zərər gördüyünü bildirib. Təbii fəlakət nəticəsində 43 nəfər həlak olub.

Xəbər lenti
0