Əfqanlar Trampa cavab verdilər - ən çox amerikanlar zərər görəcəklər

© AP Photo / Mohammad Anwar DanishyarTaliban radikal hərəkatının üzvləri, arxiv şəkli
Taliban radikal hərəkatının üzvləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Taliban eyni zamanda ABŞ-ın danışıqlar masasına geri qayıdacağına da əminliyini bildirib

BAKI, 9 sentyabr — Sputnik. Taliban radikal hərəkatı ABŞ-la sülh danışıqlarının ləğvindən sonra Əfqanıstanda öz mübarizəsini davam etdirəcəyini bəyan edib. Bu barədə Sputnik Azərbaycan "BBC"yə istinadən xəbər verir.

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Trampı devirmək üçün yeni cəhd: bütün "günah"ları yada saldılar

Taliblər iddia ediblər ki, danışıqlar və sülh sazişinin imzalanmasına dair proses son ana qədər yaxşı məcrada davam edib.

Onlar eyni zamanda bəyan ediblər ki, sülh danışıqlarının ləğvindən ən çox amerikalıların özləri zərər görəcəklər: "Biz xarici qüvvələr Əfqanıstandan çıxarılmayana qədər mübarizəmizi davam etdirəcəyik".

Taliban eyni zamanda ABŞ-ın danışıqlar masasına geri qayıdacağına da əminliyini bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp 8 sentyabrda planlaşdırılmış Taliban liderləri və Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşləri ləğv edib.

O, həmçinin 12 nəfərin ölümü ilə nəticələnmiş Kabildəki terror aktından sonra Əfqanıstanda sülh yolu ilə nizamlanmaya dair danışıqlarda iştirak etməyəcəyini bəyan edib.

​"Praktiki olaraq hamıdan gizli bütün Taliban liderləri və ayrı-ayrılıqda Əfqanıstan prezidentinin bazar günü Kemp-Devid iqamətgahında mənimlə görüşü planlaşdırılırdı. Onlar Birləşmiş Ştatlara bu gün axşam gəliblər. Təəssüf ki, əlavə təsir rıçaqı yaratmaq üçün onlar böyük əsgərlərimizdən birinin və daha 11 nəfərin ölümü ilə nəticələnmiş Kabil hücumunu həyata keçirdiklərini qəbul ediblər. Mən dərhal görüşü ləğv etdim və sülh danışıqlarından imtina etdim" , - Tramp öz "Twitter" səhifəsində yazıb.

Xəbər lenti
0