01:09 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3801

Polis müəyyənləşdirib ki, hadisədən qabaq qadınla kişi tanış təqaüdçü qadınla birlikdə yeyib-içirmişlər

BAKI, 8 sentyabr — Sputnik. Moskvada iki insanın amansızlıqla öldürülməsində şübhəli bilinən təqaüdçü qadın həbs olunub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, məlumatı "Moskva" xəbər agentliyi yayıb.

Cümə günü paytaxtın xilasetmə xidmətindən hüquq-mühafizə orqanlarına Kaşirski şossesində yerləşən mənzildə yanğın başlaması barədə məlumat daxil olub. Yanğını söndürərkəm xilasedicilər bir qadınla kişinin meyitlərini tapıblar. Ölümün ilkin səbəbi kimi yanma məhsullarından zəhərlənmə əsas götürülüb.

Ekspertlər daha sonra təyin ediblər ki, yanğına səbəb bədbəxt hadisə deyil, qəsdən yandırma olub. Polis müəyyənləşdirib ki, yanğından qabaq qadınla kişi tanış təqaüdçü qadınla birlikdə yeyib-içirmişlər.

İlkin məlumatlara görə, sərxoş şəxslər arasında mübahisə düşüb. Təqaüdçü qadın içki yoldaşları yuxuya gedəndən sonra ədyalı yandıraraq evdən çıxıb. Onu artıq polis saxlayıb, istintaq davam edir.

Teqlər:
Moskva, qadın, təqaüdçü, yanğın, qətl

Əsas mövzular