Yarım milyon insan işıqsız qaldı

Abunə olmaq
CTV-nin yaydığı kadrlarda güclü küləyin ağacları aşırdığı və evlərin damlarını uçurduğu görünüb. Halifaksda isə tikinti kranı aşıb

BAKI, 8 sentyabr — Sputnik. Kanadanın şərqində "Dorian" qasırğası tüğyan edir. Nyu-Braunsuik, Yeni Şotlandiya əyalətlərində və Şahzadə Eduard adasında 500 minədək abonent işıqsız qalıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı yerli CTV telekanalı yayıb.

Kanadanın CBC radioyayım korporasiyasının məlumatına görə, "Dorian" şənbə axşamı Halifaks liman şəhərinə yaxınlaşarkən gücü posttropik qasırğa həddinədək azalıb.

CTV-nin yaydığı kadrlarda güclü küləyin ağacları aşırdığı və evlərin damlarını uçurduğu görünüb. Halifaksda isə tikinti kranı aşıb. Xəsarət alanlar haqda hələlik məlumat yoxdur.

Telekanal bildirib ki, qasırğanın fəsadlarının aradan qaldırılmasında bazar günü 700-dək hərbçi iştirak edəcək.

"Dorian" sentyabrın 1-də Baham adalarına çatıb. Şimal hissədə yerləşən Abakonun infrastrukturuna ciddi ziyan vurub. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) bildirib ki, qasırğa nəticəsində 13 min ev dağılıb. 43 nəfər isə qasırğanın qurbanı olub.

Xəbər lenti
0