İran daha gəmini saxladı

© REUTERS / Hamad I MohammedHürmüz boğazı, arxiv şəkli
Hürmüz boğazı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Mal və Valyuta Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Əli Mueyyidi bir il ərzində ölkədə 12 milyard dollarlıq qaçaq mal ticarəti edildiyini bildirib

BAKI, 7 sentyabr — Sputnik. İran qanunsuz yanacaq daşıdığı iddiası ilə daha bir əcnəbi gəmini saxlayıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, gəmi İranın Hürmüzgan əyaləti sahillərində saxlanılıb. Gəmidə 283 min 900 litr qaçaq yanacaq ələ keçirilib. Beləliklə, İran 3 ayda 3 ticari gəmini saxlayıb. Gəminin Filippin əsilli 12 ekipajı isə nəzarət altına alınıb.

Qeyd edək ki, İranda ən çox yanacaq məhsulları ilə bağlı qaçaqmalçılıq halları baş verir. İranın Mal və Valyuta Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Əli Mueyyidi bir il ərzində ölkədə 12 milyard dollarlıq qaçaq mal ticarəti edildiyini bildirib.

Xəbər lenti
0