15:31 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Rusiya Prezidenti Vladimir Putin

Putin sovet liderini "papaşa" adlandırdı

Alexander Nemenov/Pool via REUTERS
DÜNYA
Qısa URL
4710

Görüş zamanı Putinə Kuril adalarının cənub hissəsinin kimə aid olmasına dair sual verilib

BAKI, 7 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Şərqi İqtisadi Forum çərçivəsində ictimaiyyət üzvləri ilə görüşü zamanı keçmiş Sovet İttifaqının rəhbəri İosif Stalini "papaşa" (ata) adlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, "RT" agentliyi "Twitter" səhifəsində görüş zamanı baş tutmuş diskussiyanın videogörüntülərini yerləşdirib.

Görüş zamanı Putinə Kuril adalarının cənub hissəsinin kimə aid olmasına dair sual verilib. Müzakirələrdə iştirak edən "Yeddi Okean" Dəniz Hazırlığı Mərkəzinin direktoru Anatoli Ştanko qeyd edib ki, tarixin müxtəlif dövrlərində sözügedən adaların statusuna və kimə mənsub olduğuna dair müxtəlif məlumatlar var.

Prezident Putin isə cavab olaraq xatırladıb ki, Rusiya İkinci dünya müharibəsi zamanı Kuril adalarının Sovet İttifaqının əlinə keçməsini əsas olaraq götürür.

"Gəlin elə buna da əsaslanaq. "Papaşa" (Stalin – red.) hər şeyi götürüb – vəssalam. Xalqların atası", - Putin deyib.

Beşinci Şərqi İqtisadi Forum sentyabrın 4-6-da Vladivostokda keçirilib.

Əsas mövzular