"Gözlərini bağla..." – Kişi sürpriz adı ilə arvadını bıçaqladı

Abunə olmaq
İnsidentdən bir gün əvvəl kişi işdən qovulub. O, ipoteka kreditini ödəyə bilməyəcəyinə görə narahat imiş və bu səbəbdən həyat yoldaşını və özünü öldürmək qərarına gəlib

BAKI, 7 sentyabr — Sputnik. Böyük Britaniya vətəndaşı sürpriz adı ilə xanımından gözlərini bağlamağı xahiş edib, sonra isə onun boğazına bıçaqla zərbə endirib.

Sputnik Azərbaycan "Mirror" nəşrinə istinadən xəbər verir ki, insident cütlüyün evində baş verib. Lora və Şon Mey nahardan sonra yatmağa hazırlaşarkən kişi xanımı üçün hədiyyəsinin olduğunu deyib və Loradan gözlərini bağlamağı xahiş edib.

Bildirilir ki, Şon xanımının "sürpriz"i görə bilməməsi üçün hətta onun başına çay dəsmalı atıb.

Qan analizi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda on iki bəy-gəlin namizədində təhlükəli xəstəlik aşkarlandı

"Hədiyyən xoşuma gələcək?" deyə qadın soruşub. 34 yaşlı yoldaşı isə "hə" cavabını verib.

Lakin Şon qəflətən bıçaqla Loranın boğazına zərbə endirib. Bildirilir ki, bıçaq Loranın boğazı ilə çiyninin birləşdiyi yerə dəyib, lakin xoşbəxtlikdən vacib arteriyalar zədələnməyib. Lora ilk anda bıçaqlandığını başa düşməyib və hiss etdiyi ağrı onu çaşqınlığa salıb. Üzündən dəsmalı götürəndən sonra isə o, qan içində olduğunu görüb və bıçaqlandığını anlayıb.

Bundan sonra Şon qadına özünü öldürəcəyini deyib.

Məlumata görə, Şon yaralı xanımını özü xəstəxanaya gətirib. Həkimlər qadının həyatını xilas edərkən onun həyat yoldaşı təcridxanaya yerləşdirilib.

Qadın öz həyat yoldaşının belə bir hərəkət edəcəyini heç vaxt gözləmədiyini bildirib. Lora əri ilə xoşbəxt yaşadığını və onun niyə belə bir hərəkət etdiyini anlamadığını deyib.

Bildirilir ki, insidentdən bir gün əvvəl Şon işdən qovulub. O, ipoteka kreditini ödəyə bilməyəcəyinə görə narahat imiş və bu səbəbdən həyat yoldaşını və özünü öldürmək qərarına gəlib.

Xəbər lenti
0