21:38 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Dubayda Facebook ofisi, arxiv şəkli

"Facebook" barəsində təhqiqat başlayıb

© AP Photo / Kamran Jebreili
DÜNYA
Qısa URL
9 0 0

Dünyanın ən böyük sosial media platformasının rəqabətə mane olub-olmadığı və istifadəçilərə təhlükəyə atıb-atmadığı araşdırılacaq

BAKI, 7 sentyabr — Sputnik. Nyu-York Prokurorluğu "Facebook"la bağlı təhqiqata başlayıb.

Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
© AFP 2019 / Manan VATSYAYANA

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, "Facebook" inhisarçılıqda ittiham olunur.

Nyu-York prokuroru Letitia Ceyms deyib ki, təhqiqat zamanı "Facebook"un sektordakı hakimiyyəti və bu hakimiyyətdən qaynaqlanan rəqabətə zidd davranışları araşdırılacaq: "Dünyanın ən böyük sosial media platforması qanunlara tabe olmalı və istehlakçılara hörmət etməlidir. "Facebook"un rəqabətə mane olub-olmadığını və istifadəçiləri təhlükəyə atıb-atmadığını araşdıracağıq".

Qeyd edək ki, ABŞ Federal Ticarət Komissiyası iyul ayında şəxsi məlumatları icazəsiz və qanunsuz istifadə etmə səbəbi ilə "Facebook"a 5 milyard dollar cəza kəsmişdi. Hadisə ilə bağlı "Facebook"un rəhbəri Mark Zukenberq Senatda ifadə vermişdi.

Əsas mövzular