Vışinski yaxın dəqiqələrdə Moskvaya uçacaq

© Sputnik / Stringer / Mediabanka keçidРуководитель портала "РИА Новости Украина" Кирилл Вышинский, фото из архива
Руководитель портала РИА Новости Украина Кирилл Вышинский, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna məhkəməsi avqustun sonlarında Vışinskini azadlığa buraxıb, ona qarşı irəli sürülmüş qətimkan tədbiri dəyişilərək, barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib

BAKI, 7 sentyabr — Sputnik. "RİA Novosti Ukrayna" portalının rəhbəri Kiril Vışinski yaxın dəqiqələrdə Kiyevdən Moskvaya uçacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov bəyan edib.

Логотип РИА Новости Украина - Sputnik Azərbaycan
RUSİYA
"Rossiya Seqodniya" və "RİA Novosti"yə giriş blok edildi

Xatırladaq ki, Ukrayna məhkəməsi avqustun sonlarında Kiril Vışinskini azadlığa buraxıb. Belə ki, ona qarşı irəli sürülmüş qətimkan tədbiri dəyişilərək, barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib. Jurnalist birinci tələb əsasında məhkəməyə və ya müstəntiqin yanına gəlməlidir.

Kiril Vışinski 2018-ci il mayın 15-də saxlanılıb. O, Donbasın tanınmamış respublikalarını dəstəkləməkdə və dövlətə xəyanətdə günahlandırılır. Bu ittihamlarla bağlı olaraq jurnalist 15 il müddətində həbs edilə bilər.

Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib. Jurnalist özü ittihamları rədd edib.

Xəbər lenti
0