18:05 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
49 0 0

Adətən, sağsağanlar yuxarıdan hücum edirlər, Finnlə olan hadisə zamanı isə quş aşağıdan şığıyıb

BAKI, 7 sentyabr — Sputnik. Avstraliyada parkda oynayan uşağın gözünü sağsağan kor edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə altı yaşlı Finnin valideynləri Channel 7-in jurnalistlərinə deyiblər.

Hadisə Qərbi Avstraliya ştatının Klarko qoruğunda baş verib. Uşaq parkda gəzirmiş, quş ona yaxınlaşıb və sağ gözünə dimdik atıb.

"O, əliylə sağ gözünü örtüb qışqıraraq mənə doğru qaçdı. Gözünün hər iki qırağından qan axırdı", - Finnin anası Steysi deyib.

Uşağı dərhal xəstəxanaya çatdırsalar da, həkimlər heç nə edə bilməyiblər - uşaq sağ gözü ilə daha görmür.

Steysinin sözlərinə görə, sağsağanların təhlükəli olduğu barədə qoruqda yerləşdirilmiş xəbərdarlıq lövhələrinə əhəmiyyət verməyib. İndi isə əri ilə birlikdə başqa ailələri də təhlükəli quşlar barədə xəbərdar edirlər. 

Adətən, sağsağanlar yuxarıdan hücum edirlər, Finnlə olan hadisə zamanı isə quş aşağıdan şığıyıb. Finnnin atası Şon deyib ki, hər il təxminən 5-6 uşaq sağsağanların aqressiv davranışından əziyyət çəkir.

Teqlər:
qoruq, Avstraliya, hücum, uşaq, quş

Əsas mövzular