23:42 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
45 0 0

Hər iki qəzetin "TürkMedya" şirkətinə aid olunduğu bilinsə də, texniki olaraq belə bir qarışıqlığın mümkün olmadığı deyilir

BAKI, 6 sentyabr — Sputnik. Türkiyədə yayımlanan "Star" qəzetinin içərisindən "Akşam" qəzetinin səhifələri çıxıb. Sputnik Türkiyə xəbər verir ki, baş verənlər oxucuların çaşqınlığına səbəb olub.

Belə ki, bu gün oxucular "Star" qəzetini səhifələyərkən "Akşam" qəzetinin 4 və 17-ci səhifələri ilə qarşılaşıblar.

Türkiyədə yayımlanan Star qəzetinin içərisindən Akşam qəzetinin səhifələri
© Sputnik
Türkiyədə yayımlanan "Star" qəzetinin içərisindən "Akşam" qəzetinin səhifələri

Hər iki qəzetin "TürkMedya" şirkətinə aid oldunduğu bilinsə də, texniki olaraq belə bir qarışıqlığın mümkün olmadığı deyilir. Səhifələrin rotasiya prosesindən keçərkən dəyişik düşdüyü ehtimal edilir.

Teqlər:
oxucu, qəzet, Türkiyə

Əsas mövzular