Putin Trampa hipersəs silahı təklif edib: "İstəyirsən sizə də verək"

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçid"Kinjal" hipersəsli raketini daşıyan "MiQ-31" qırıcı təyyarəsi, arxiv şəkli
Kinjal hipersəsli raketini daşıyan MiQ-31 qırıcı təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya dünyada yeganə ölkədir ki, rəsmi olaraq hipersəs silaha malik olduğunu bəyan edib

BAKI, 6 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Rusiya istehsalı olan hipersəs silahı almağı təklif edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Putin özü Şərqi İqtisadi Forum çərçivəsində baş tutmuş plenar sessiyada bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Putin dünyaya mesaj verdi – Pekini, Ankaranı və Dehlini...

Onun sözlərinə görə, 28-29 iyun tarixlərində Yaponiyada baş tutmuş görüş zamanı Rusiyanın müasir silahları, o cümlədən hipersəs raket kompleksləri müzakirə olunub. Danışıqlar zamanı sazişlərdə bu cür silahların necə qeyd olunması məsələsi müzakirə mövzusu olub, belə ki, dünyada onlara yalnız Rusiya sahibdir.

"Mən Donalda dedim: istəyirsən sənə də hədiyyə edək. Bu yolla tarazlıq əldə edərik. Onlar deyirdilər ki, özləri tezliklə istehsal edəcəklər. Çox güman ki, tezliklə istehsal edərlər. Amma pul xərcləmək nəyə lazımdır ki? Biz artıq xərcləmişik və öz təhlükəsizliyimizə zərər vurmamaqla, tarazlıq yaratmaq məqsədilə onlardan nə isə əldə edə bilərik" - Putin deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya dialoqa hazırdır, lakin Vaşinqtondan məsələ ilə bağlı hələ ki, aydın cavab almayıb.

Rusiya dünyada yeganə ölkədir ki, rəsmi olaraq hipersəs silaha malik olduğunu bəyan edib.

Xəbər lenti
0