22:49 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
576 0 0

Ekspert: "Makronun İran neftinin alışı üçün 15 milyard dollarlıq kredit xətti açmaq planı sadəcə, Hərtərəfli Birgə Fəaliyyət Planı iştirakçılarının İranın neft satışını təmin etməklə bağlı öhdəliklərinin yerinə yetirilməsidir"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfəri zamanı qapalı rejimdə rusiyalı ekspertlərlə görüşüb. Görüş zamanı iranlı nazir Rusiyada Siyasi Tədqiqatlar Mərkəzinin (PİR-Sentr) məsləhətçisi Andrey Baklitskinin nüvə proqramının taleyi ilə bağlı sualına da cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Baklitski @madsecurity telegram kanalında Zərifin cavabı və digər məsələlər barədə danışıb.

Sədrəddin Soltan
© Foto Sədrəddin Soltan tərəfindən təqdim olunub

Baklitskinin sözlərinə görə, "Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İran öz öhdəliklərini təxirə salmağa nə qədər hazırdır" sualına cavabında Zərif bildirib ki, Qərb iştirakçıları öhdəlikləri yerinə yetirmədiyi təqdirdə proqramın icrasının dayandırılması mexanizminin işə salınması razılaşmada nəzərdə tutulub.

Məsləhətçi qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun İran neftinin alışı üçün 15 milyard dollarlıq kredit xətti açmaq planı, sadəcə, Hərtərəfli Birgə Fəaliyyət Planı iştirakçılarının İranın neft satışını təmin etmək, bununla da onun mənfəət əldə etməsinə imkan verməklə bağlı öhdəliklərin yerinə yetirilməsidir.

"Makronun planı "Qordi düyünü" problemini birdəfəlik çözmək baxımından cəsarətli addımdır: 15 milyard İran neftinin yarım və yaxud bir illik satışından gələn gəlirdir (İstənilən halda, bu həcm hazırda Tehranın neft satışından əldə etdiyi gəlirdən dəfələrlə böyükdür)", - deyə teleqram kanalının həmsöhbəti bildirib.

"Çinə neftin davamlı satışının dayandırılmadığını və digər kanalların olduğunu nəzərə alsaq, İran olduqca rahat bir şəkildə mövcudluğunu qoruyacaq. Eyni zamanda gələn ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyəcək və bu müddət ərzində sakit şəkildə öz parlament seçkilərini (fevral ayında ) keçirəcək", - deyə Baklitski əlavə edib.

Digər tərəfdən, məsləhətçinin fikrincə, bu plan İran məsələsində bütün əvvəlki Avropa yanaşmasına uyğun deyil. Avropa strukturları texniki əməkdaşlıq üçün cəmi 50 milyon avro verməyə hazır idi, amma bu ciddi müzakirə mövzusu oldu. Sonra bir il müddətinə INSTEX ticarət mexanizmini qurdular. Hətta Amerika sanksiyaları onun üçün təhdid yaratmasın deyə, Allaha dua edə-edə bu işi gördülər.

Ekspertin fikrincə, Makronun təklif etdiyi 15 milyard hazırda həddindən artıq yaxşı görünür. Fransa prezidentinin planı, əgər həyata keçirilsə, ABŞ-ın İrana qarşı maksimum təzyiq strategiyasının təsirini azaldacaq.

"İndiyə qədər buna qarşı olan Vaşinqtonun indi niyə qəfildən buna razılaşacağı o qədər də aydın deyil (və əgər razılaşmasa, Fransa ABŞ-la ticarət müharibəsinə hazırdırmı?)" - deyə o, qeyd edib.

"Prezident Tramp, görüşləri, məktubları və fotoşəkillərinə baxmayaraq, dostu Kim Çen In üçün də istisnalar etməyib" - deyən Baklitski əmindir ki, əgər, hansısa səbəbdən Tehran dialoq və ya güzəştə hazır olmadığı təqdirdə belə Tramp İran üçün istisna etmək qərarına gəlsə də, onun administrasiyası və təmsil etdiyi partiya bu qərarı topa tutmağa çalışacaq.

Ekspert hesab edir ki, nəhayət, İranın nüvə sazişinə dair bir sıra öhdəliklərin icrasını dayandırması və başda Britaniya tankerini ələ keçirməsi olmaqla, Fars körfəzindəki gərginliyi artırmasından sonra Fransadan belə bir təklif alması, vacib məqamdır.

Onun fikrincə, eskalasiya strategiyası, qarşı tərəfin onun hüquqlarını pozmasına rəğmən, beynəlxalq hüquqa əməl etmək və öhdəlikləri yerinə yetirməkdən daha uğurlu görünür. Odur ki, Fransız planı işə yaramırsa (şansı böyükdür), vəziyyətin daha da kəskinləşməsi dünya güclərini alternativ təklif hazırlamağa məcbur etmək üçün yaxşı bir yol ola bilər. Bu da İran rəhbərliyinin işinə yarayar və bunun mənasız olduğunu demək olmaz.

"Burada vacib olan digər məqam da budur ki, Zərif və Ruhaninin diplomatiyaya əsaslanan fərqli bir strategiyaya üstünlük verməsi əhəmiyyət daşımayacaq. Mövcud vəziyyətdə bu bir zəiflik kimi görünərdi. Yalnız eskalasiya asanlıqla nəzarətdən çıxa bilər. Bu vəziyyətdə bütün bölgə və eləcə də dünya bunun nəticələrini aradan qaldırmaq məcburiyyətində qalacaq" - deyə teleqram kanalının həmsöhbəti fikrini tamamlayıb.

Əsas mövzular