08:47 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
11620

O, həmçinin Türkiyənin maliyyə sektorunda vəziyyətdən danışıb

BAKI, 5 sentyabr — Sputnik. Türkiyə nüvə silahını əldə etməyə can atmır. 

Sputnik Azərbaycan Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan Sivas şəhərində baş tutmuş Mərkəzi Anadolunun İqtisadi Forumunda deyib.

"Bəzilərinin nüvə döyüş başlıqlı raketləri var, amma məndə onlardan olmasın, mən bunu qəbul etmirəm", - Türkiyə lideri qeyd edib.

Dövlət başçısı həmçinin ölkənin maliyyə sektorunda vəziyyətə də toxunaraq, faiz dərəcələrində və inflyasiyada azalma müşahidə edildiyini bildirib.

Ərdoğan bu tendensiyanın bundan sonra da davam edəcəyinə əmin olduğunu deyib.

O, həmçinin Türkiyənin maliyyə baxımından uğurlu ölkə olduğunu qeyd edib: "Bu uğur iqtisadi baxımdan bizi daha da güclü edir".

Prezident əlavə edib ki, 2020-ci il üçün Türkiyənin məqsədi iqtisadi artım templərini 5 faizə qədər qaldırmaqdır.

Əlaqədar

İrandan ABŞ-ı qıcıqlandıracaq kritik addım - sabahdan başlayırlar
NATO-da ABŞ nüvə silahlarının saxlama yerləri ifşa edilib
"O, nədən danışdığını bilmir" – amerikalı ekspertdən Trampın raket iddiasına cavab
Amerikalılar rusların "Ölü əl"ini istəyirlər
Dünyanın dərdləri bir vərəqə sığışdı
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Türkiyə, nüvə silahı

Əsas mövzular