02:55 24 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

Gürcüstanın parlament sədri Arçil Talakvadze deputatları sakit olmağa çağırıb, əks halda isə tədbirlər görüləcəyini bildirib

BAKI, 3 sentyabr — Sputnik. Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası etiraz aksiyası ilə başlayıb. Sputnik Gürcüstan xəbər verir ki, müxalif deputatlar daxili işlər naziri olan Georgi Qaxariyanın baş nazir postuna namizəd göstərilməsinə etiraz edirlər.

Gürcüstanın parlament sədri Arçil Talakvadze deputatları sakit olmağa çağırıb, əks halda isə tədbirlər görüləcəyini bildirib.

Etirazçılar iclas iştirakçılarını fitə basıblar. Avropa Gürcüstanı – azadlıq üçün hərəkat partiyasından müxalif deputat Yelena Xoştariya özü ilə fit gətirib.

Hazırda parlamentin qarşısında da etiraz aksiyası keçirilir.

Xatırladaq ki, Gürcüstanın hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyası ölkənin baş naziri postuna daxili işlər naziri Georgi Qaxariyanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri Mamuka Baxtadze tutduğu vəzifədən istefaya gedəcəyini bəyan edib.

"Mən postu tərk etmək barədə qərar qəbul etmişəm. Çünki hesab edirəm ki, artıq öz missiyamı yerinə yetirmişəm", - deyə Baxtadze öz "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, Baxtadze 2018-ci ilin iyunundan Gürcüstan hökumətinə rəhbərlik edib.

Əsas mövzular