SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan özünə yeni Baş nazir seçdi

Abunə olmaq
Hökumətin keçmiş başçısı Baxtadze 2018-ci ilin iyunundan Gürcüstan hökumətinə rəhbərlik edib

BAKI, 3 sentyabr — Sputnik. Gürcüstanın hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyası ölkənin baş naziri postuna daxili işlər naziri Georgi Qaxariyanın təyin edildiyini bildirib. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

"Mən bu dəstəyə görə partiyanın və siyasi şuranın hər bir üzvünə öz təşəkkürümü bildirirəm. Mən, həmçinin gördüyü işlərə görə sələfim Mamuka Baxtadzeyə də təşəkkür edirəm", - deyə Qaxariya vurğulayıb.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri Mamuka Baxtadze tutduğu vəzifədən istefaya gedəcəyini bəyan edib.

"Mən postu tərk etmək barədə qərar qəbul etmişəm. Çünki hesab edirəm ki, artıq öz missiyamı yerinə yetirmişəm", - deyə Baxtadze öz "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, Baxtadze 2018-ci ilin iyunundan Gürcüstan hökumətinə rəhbərlik edib.

Xəbər lenti
0