Varlılar niyə varlıdırlar? Alimlər cavab axtarırlar

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidElmi işçilər, arxiv şəkli
Elmi işçilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uzaqgörənlik, hormonlar, yaxşı vərdişlər, yoxsa bəxt? Var-dövlət niyə dünya əhalisinin 10 faizin əlində cəmləşib?

BAKI, 2 sentyabr — Sputnik. İsveçrənin "Credit Suisse" şirkətinin yaydığı hesabata görə, 2018-ci ildə planetin əhalisinin 10 faizi dünya sərvətinin 85 faizinə sahib idi. Bəs bu 10 faiz hansı xüsusi qabiliyyətə malikdir ki, dünya sərvətinin böyük hissəsi onların əlində cəmləşib? Onlar hamıdan ağıllı və ya fiziki cəhətdən dözümlüdürlər? Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzu ilə bağlı təqdim etdiyi məqalədə bu suala cavab verib.

Uzağı görə bilməmək

İşgüzar qadın - Sputnik Azərbaycan
Rusiyanın ikinci milyarder qadını məlum oldu

2012-ci ildə Çikaqo Universitetinin alimləri qeyri-adi bir təcrübə keçiriblər. Onlar 25 yaşında olan bir qrup gəncdən üç kompüter oyununu - "Çarxı Fələk" və "Yüzün Birə" oyunlarının Amerika alternativlərini ("Wheel of Fortune" və "Family Feud") və məşhur "Angry Birds" oyununu xatırladan oyunu oynamağı xahiş ediblər.

Təcrübə iştirakçılarını şərti olaraq iki qrupa – varlı və kasıblara ayırıblar. Birinci qrupda olan gənclərə sözü tapmaq üçün və ya atəş aşmaq üçün ikinci qrupdan olanlara nisbətən daha çox şans verilib. Bununla yanaşı onlara "kredit götürmək" – yəni çətin suala cavab verə bilmək (və ya mərhələni keçə bilmək) üçün əlavə şans və ya sualı (mərhələni) adlamaq imkanı verilib.

Bütün oyunlarda "varlılar" qalib gəliblər. Bu əsasən "kasıblar" qrupunda olanların oyunlar zamanı özlərini qeyri-rasional aparmaları hesabına baş verib. Səhv etmək şansı məhdud sayda olan iştirakçılar bir qayda olaraq çətin suallara cavab tapmaq üçün kreditdən daha çox istifadə ediblər. Bu səbəbdən də onlar cavabları tapmaq üçün sərf etdikləri cəhdlərə nisbətdə daha az xal toplayıblar. Bundan başqa, "Yüzün Birə" oyununda "kasıblar" qrupunun üzvləri stolların üzərində təcrübənin təşkilatçıları tərəfindən onlar üçün qoyulmuş gizli ipucularını daha çətinliklə anlaya biliblər.

Ekspertlərin fikrincə, bu onu göstərir ki, kasıblıq (resurs defisiti) insanı fikrini ani (indiki zamanda mövcud olan) problemlər üzərində cəmləşdirməyə və vaxt baxımından daha uzaq olan (gələcək) problemlərə məhəl qoymamağa məcbur edir. Əslində isə məhz sonuncu tip problemlərin həlli insanın vəziyyətini yaxşılaşdıra bilər. Başqa sözlə, kasıblar cari vəziyyətdən fikrən ayrıla və irəlidə atacaqları addımları hesablaya bilmirlər. Bu, yeri gəlmişkən, əhalinin ən kasıb nümayəndələrinin nə səbəbdən qısamüddətli və yüksək faizli kreditlərə tez-tez müraciət etdiklərini izah edir. Ola bilər ki, cari problemləri həll etmək istəyi səbəbindən kasıblar varlılara nisbətən daha çox qazana bilmirlər.

Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Başqasının yerinə həbsdə yatıb milyonçu oldu

Günahkar hormonlardır

Kanadalı fizioloqların tədqiqatlarına əsasən, varlı ailələrdə böyümüş şəxslər risk etməyə daha çox meylli və özlərindən daha çox əmin olurlar. Bu onlara daha tez qərarlar verməyə, həyat situasiyalarını daha adekvat qiymətləndirməyə və iş həyatında daha uğurlu olmağa imkan verir. Kasıb ailələrdə böyümüş şəxslər isə daha ehtiyatlı hərəkət edirlər.

Bu stress hormonu olan kortizolun varlı və kasıb ailələrin uşaqlarında müxtəlif səviyyələrdə olması ilə izah edilir. Kasıbların orqanizmində kortizolun səviyyəsi yüksək olur. Kortizol təhlükələr qarşısında müdafiə reaksiyalarının formalaşmasında iştirak edir. Məsələn, qaçıb gizlənmək və ya vuruşmaq lazım olanda kortizolun orqanizmdə səviyyəsi artır. Lakin bu hormonun səviyyəsinin daima yüksək qaldığı təqdirdə insan həmişə ehtiyatlı hərəkət edir.

Pis vərdişlər

ABŞ-ın Braun Universitetinin alimləri hesab edirlər ki, insanın varlanmasına onun valideynlərinin pis vərdişləri də təsir edə bilər. Pis vərdişlər sırasında idman totalizatorlarına meyl və maliyyə vəziyyətinə uyğun gəlməyən həyat tərzi göstərilir.

Lakin əlavə gəlir mənbələrinin olması, işgüzar ədəbiyyat oxumaq və qara gün üçün pul yığmaq kimi vərdişlər uşağın gələcəkdə varlı olmasını təmin edəcək yaxşı vərdişlərdir.

Təsadüf

Наушники Apple AirPods - Sputnik Azərbaycan
"Apple" smartfonlarını "sındıracaq" şəxsə 1 milyon dollar verəcək
İtaliyalı alimlər isə hesab edirlər ki, varlı olmaq insanın zəkasından və ya qabiliyyətlərindən asılı deyil. Onların fikrincə bu təsadüf nəticəsində baş verir. Tədqiqatçılar bu iddianı sübut etmək üçün kompüter simulyasiyası yaradıblar və minlərlə insanın iştirakı ilə təcrübələr həyata keçiriblər. Təcrübələr onların iddialarını sübut edib. Belə ki, hər təcrübədə maliyyə resurslarının böyük bir hissəsi yalnız bir neçə şəxsin əlində cəmləşib: simulyasiyada yaradılmış süni cəmiyyətin üzvlərinin yalnız 20 faizi bütün virtual sərvətlərin 80 faizini əldə ediblər.

Bu rəqəmlər real göstəricilərə uyğun gəlir – hazırda dediyimiz kimi, planetin əhalisinin 10 faizi dünya sərvətlərinin 85 faizinə sahibdir. Bu isə o deməkdir ki, var-dövlət layiqli olanlara yox, bəxti gətirənlərə çatır.

Xəbər lenti
0