İranın yeni dronunu oyuncağa bənzətdilər - VİDEO

© REUTERS / LISI NIESNERİran bayrağı
İran bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 1-i səhər İran HHQ yeni "Kian" pilotsuz aparatını təqdim edib. Tehran iddia edir ki, bu aparat 1000 km uça və hədəfi dəqiq vura bilir

BAKI, 1 sentyabr — Sputnik. Hərbi analitik Babək Taqvey iranlı hərbçiləri adi təlim dronunu yeni, güclü pilotsuz uçan aparat kimi qələmə verdiklərinə görə qınayıb.

Sputnik Azərbaycan bildirir ki, o, Twitter-də yeni aparatın videonümayişini tənqid edib.

Taqvey deyir ki, İran HHQ-nin başçısı general Əlirza Sabahi-Fərd "yalançı"dır. O, 2014-cü ildə İsrail ordusunun təlimlərində istifadə olunmuş oxşar pilotsuz uçan aparatın şəkillərini paylaşıb. Taqvey əmindir ki, sadəcə olaraq, iranlılar ona yeni ad fikirləşiblər.

 

"Mən sadəcə bir araşdırma apardım və "Kian"ın M.Torabi adlı oyuncaq təyyarə modelləri ustası tərəfindən hazırlanmıış bir oyuncaq olduğunu bildim. Onun oyuncaq təyyarələri Tehran və İsfahanın müxtəlif oyuncaq mağazalarında satılır", - Taqvey yazıb.

​İsrailin The Jerusalem Post nəşri yazır ki, bu minvalla İran, sanksiyalara rəğmən, ABŞ-a özünün hərbi potensialının artdığını göstərməyə çalışır. Qəzet həmçinin qeyd edib ki, son zamanlar İranda "yeni texnologiyaların həddən artıq çox nümayişi" müşahidə olunur.

Sentyabrın 1-i səhər İran HHQ yeni "Kian" pilotsuz aparatını təqdim edib. Tehran iddia edir ki, bu aparat 1000 km uça və hədəfi dəqiq vura bilir. Videonu ISNA International agentliyi Twitter-də yayıb.

​Avqustun 29-da isə xəbər yayılıb ki, İranın yeni raketi kosmodromda partlayıb. Ölkə üçün bu, 2019-cu il ərzində raket buraxılışlarında ilk uğursuzluq olub.

Xəbər lenti
0