00:09 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
ABŞ polisi

Məktəblilərin matçı atışma ilə bitdi: Ölənlər və yaralananlar var

© AFP 2019 / Brendan Smialowski
DÜNYA
Qısa URL
2910

15-18 yaşlı yeniyetmələr xəsarət aldıqdan dərhal sonra yerli xəstəxanaya çatdırılıblar və onlara ilk tibb yardım göstərilib. Xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağırdır

BAKI, 31 avqust — Sputnik. Alabama ştatının Mobil şəhərindəki "Ledd-Piblz" stadionunda atışma baş verib. Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Silahlı qarşıdurma iki məktəb komandasının futbol oyunundan sonra qeydə alınıb. 15-18 yaşlı yeniyetmələr xəsarət aldıqdan dərhal sonra yerli xəstəxanaya çatdırılıblar və onlara ilk tibb yardım göstərilib. Xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağırdır.

Artıq 2 nəfər dindirilmə üçün polisə aparılıb. Hələ ki, cinayəti törədən şəxslərin adları bəlli deyil. Faciə baş vermiş ərazidə xüsusi xidmət orqanları işləyir.

Qeyd edək ki, iki həftə öncə Alabama Dövlət Universitetində də atışma baş vermişdi. Hadisə nəticəsində 2 nəfər həlak olmuş, 3 nəfər isə ağır yaralanmışdı.

Əsas mövzular