Tramp kosmosu "yeni hərbi əməliyyatlar səhnəsi" adlandırıb

© REUTERS / JONATHAN ERNSTABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz bilirik ki, münaqişələrin qarşısının alınmasının ən yaxşı yolu qələbəyə hazırlaşmaqdır"

BAKI, 30 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp kosmosu "yeni hərbi əməliyyatlar səhnəsi" adlandırıb.

Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Tramp bunu ölkəsinin kosmik komandanlığının rəsmi olaraq fəaliyyətə başladığını elan edərkən deyib.

"Kosmik komandanlıq yeni hərbi əməliyyatlar səhnəsi olan kosmosda ABŞ-ın əsas maraqlarını müdafiə edəcək. Hesab edirəm ki, bu hamı üçün kifayət qədər aşkardır", - Tramp deyib.

Onun sözlərinə görə, bundan sonra "yer, dəniz, hava və kiberməkan" kimi kosmos da ayrıca hərbi əməliyyatlar səhnəsi kimi nəzərdən keçiriləcək.

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (слева) во время переговоров на полях Международного авиакосмического салона МАКС-2019 - Sputnik Azərbaycan
Ərdoğan və Putinin görüşü: Birgə təyyarə istehsalı, kosmos və Suriya

Tramp həmçinin qeyd edib ki, kosmik komandanlığın məqsədi ABŞ-ın kosmosda hakim vəziyyətini təmin etmək olacaq.

"Biz bilirik ki, münaqişələrin qarşısının alınmasının ən yaxşı yolu qələbəyə hazırlaşmaqdır", - prezident deyib.

Tramp həmçinin tezliklə ABŞ-ın kosmik qüvvələrinin də yaradılacağını bəyan edib.

Qeyd edək ki, Tramp bu ilin fevralında ölkəsinə qarşı təcavüzkarlığın qarşısının alınması və kosmosda milli maraqların qorunması məqsədilə kosmik qüvvələrin yaradılması haqqında sərəncam imzalayıb.

Xəbər lenti
0