12:43 01 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2810

"Gram" dünyanın istənilən nöqtəsinə pul göndərməyə imkan verəcək

BAKI, 28 avqust — Sputnik. "Telegram" şirkəti özünün "Gram" adlı kriptovalyutasının birinci partiyasını yaxın iki ay ərzində dövriyyəyə buraxmağı planlaşdırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu məlumatı "The New York Times" qəzetinə şirkətin planları ilə tanış olan bir sıra sərmayədarlar veriblər.

Onların sözlərinə görə "Telegram" həmçinin dünya üzrə 200-300 milyon insanın istifadə edəcəyi elektron pul kisələrini də yaratmağı planlaşdırıb.

Qəzet bildirib ki, şirkət "Gram" kriptovalyutasını yeni "online" valyutaya və dünyanın istənilən nöqtəsinə pul göndərməyə imkan verən vasitəyə çevirmək niyyətindədir.

Qeyd edək ki, "Telegram" özünün kriptovalyutasını hazırlayan yeganə şirkət deyil. Bir müddət öncə dünyanın ən nəhəng pərakəndə satış şəbəkələrindən biri olan "Walmart"ın kriptovalyuta yaratmaq planlarından xəbər verilib. Bundan başqa, "Facebook" şirkəti də "Libra" adlı yeni kriptovalyutanın üzərində işləyir.

Əlaqədar

Bitkoini olanlara şad xəbər
"Facebook”un kriptovalyutası gəlir: Təhlükəmi, yoxsa xeyirmi
"Libra" qlobal valyutaya çevrilə bilər, bir şərtlə ki...
Tramp dollara görə qorxdu və müharibə elan etdi
Ekspert kriptovalyutanın maliyyə sisteminə təsirlərini şərh edir
Teqlər:
pul, kriptovalyuta, messencer, Telegram

Əsas mövzular