22:42 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Britaniya parlamenti, arxiv şəkli

Britaniya parlamenti işini dayandırır

© REUTERS / HENRY NICHOLLS
DÜNYA
Qısa URL
17 0 0

Baş nazir bunu daxili siyasi proqramı həyata keçirmək ehtiyacı ilə izah edib

BAKI, 28 avqust — Sputnik. Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, ölkə parlamentinin işi oktyabrın 14-dək dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, RİA Novosti-yə Britaniya Baş nazirinin dəftərxanasından göndərilmiş məlumatda deyilib ki, baş nazir Əlahəzrət Kraliça ilə danışıb və ondan parlamentin hazırkı sessiyasını sentyabrda bağlamasını xahiş edib.

"Ənənəvi partiya konfransları mövsümünün başa çatması ilə, hazırkı parlamentin işinin ikinci sessiyası bazar ertəsi, oktyabrın 14-də Kraliçanın nitqi ilə başlayacaq", - məlumatda deyilir.

Deputatların tətildən sentyabrın 3-də qayıdacaqlarını nəzərə alsaq, parlamentin işinin dayanmasından əvvəl və sonra onların bir neçə günü qalır ki, hər hansı bir yolla Britaniyanın Avropa Birliyindən razılaşma olmadan çıxışına mane olsunlar.

Bu arada Conson parlamentin işinin dayandırılmasını daxili siyasi proqramı həyata keçirmək ehtiyacı ilə izah edib.

Əsas mövzular