02:28 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
99 0 0

Onun sözlərinə görə, həkimlər o dəqiqə anlayıblar ki, vəziyyəti "birtəhərdir". Amma simptomların ağırlığı diaqnoz qoymağa əngəl olub

BAKI, 27 avqust — Sputnik.  ABŞ-ın Viskonsin ştatının sakini Alişa Kennenin sağ dizinədək ayağını, əl barmaqlarını və sol ayağının barmaqlarını amputasiya ediblər.

Sputnik Azərbaycan Fox News-a istinadən bildirir ki, buna səbəb qadının uşaqlarından infeksiyaya yoluxmasıdır.

Hadisə Rays-Leyk şəhərində baş verib. Qadın ayağına dolaşan itinə ilişərək yıxılıb. Bu zaman kürəyindən xəsarət alıb. Bir neçə gün sonra qadında daxili qanaxma başlayıb, orqanları imtina edib. Kenneni intensiv terapiya şöbəsinə yerləşdiriblər.

Onun sözlərinə görə, həkimlər o dəqiqə anlayıblar ki, vəziyyəti "birtəhərdir". Amma simptomların ağırlığı diaqnoz qoymağa əngəl olub.

Sonradan məlum olub ki, qadının xəstələnməsinə Kennenin üç uşağının birdən boğaz ağrısına yoluxması səbəb olub. A qrupuna aid sreptokokk qadının kürəyindəki yaradan orqanizminə düşüb, kəskin tonzillit və nəticədə toksiki-infeksion şok törədib.

Toxumalarının bir qisminin nekrozlaşması səbəbindən qadının əl barmaqlarını həkimlər kəsmək məcburiyyətində qalıblar. Bir müddət sonra infeksiya yayılmağa davam edib və onun ayaq barmaqlarını kəsiblər. Bir neçə ay sonra isə residiv səbəbindən qadının sağ ayağını dizdən amputasiya ediblər.

Teqlər:
ABŞ, amputasiya, angina, boğaz, xəstəlik

Əsas mövzular