Jerar Depardye bu dəfə Brejnev olacaq

© breitbartJerar Depardye - fransız aktyor
Jerar Depardye - fransız aktyor - Sputnik Azərbaycan
Abunə olmaq
Filmdə hadisələr SSRİ, Almaniya Demokratik Respublikası, Polşa, Macarıstan və Bolqarıstanın birlikdə Çexoslavakiyaya islahatlar əleyhinə ordu yeritməsindən, həmin dövrün ictimai-siyasi həyatından bəhs edir

BAKI, 27 avqust — Sputnik. Jerar Depardye "Paris baharı" filmində Brejnev obrazını canlandıracaq. Sputnik Azərbaycan xəbər verir ki, film 1968-ci ildə Çexoslovakiyada siyasi islahatlar həyata keçirmiş Aleksandr Dubçek haqqındadır.

Актер Жерар Депардье. Архивное фото - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Jerar Depardye azərbaycanlı rəssamın əsərlərini alır

Çəkiləcək ekran əsərinin rejissoru xorvat Lordan Zafranoviçdir.

"Biz cənab Depardye ilə müqavilə bağlamışıq. Sentyabr ayında onunla görüşüb filmin çəkilişi ilə bağlı fikir mübadiləsi aparacağıq", - filmin prodüseri Antonio Leka "Frekvencе 1" Paris radiosuna açıqlamasında bildirib.

Filmdə hadisələr SSRİ, Almaniya Demokratik Respublikası, Polşa, Macarıstan və Bolqarıstanın birlikdə Çexoslavakiyaya islahatlar əleyhinə ordu yeritməsindən, həmin dövrün ictimai-siyasi həyatından bəhs edir.

Qeyd edək ki, filmin senari müəllifi slovakiyalı Karol Qlavkadır. Filmin Dubçekin 100 illik yubileyində, 2021-ci ildə hazır olacağı, bir il sonra isə tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

Xəbər lenti
0