10:36 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
8020

G7 liderlərinin bəyanatı ticarət məsələləri, İranın nüvə proqramı, eləcə də Ukrayna, İran, Liviya və Honkonq ətrafındakı məsələləri əhatə edir

BAKI, 26 avqust — Sputnik. Fransanın Biarrits şəhərində keçirilən "Böyük yeddiliy"in yekun bəyanatı bir vərəqə sığışıb.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp
© REUTERS / JONATHAN ERNST

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bəyanat ticarət məsələləri, İranın nüvə proqramı, eləcə də Ukrayna, İran, Liviya və Honkonq ətrafındakı məsələləri əhatə edir.

"Ölkələrin liderləri öz birliklərini və danışıqların pozitiv ruhunu qeyd etmək istəyirlər. Fransanın Biarrits şəhərində təşkil etdiyi G7 sammiti ölkə və hökumət rəhbərlərinə burada qısaca sadalanan bir çox bəndlər üzrə razılığa gəlməyə imkan verdi", - bəyanatın əvvəlində deyilir.

Siyahıda birinci maddə ticarət məsələlərinə aiddir. ""Böyük yeddilik" açıq və ədalətli beynəlxalq ticarət prinsiplərinə, eləcə də dünya iqtisadiyyatının stabilliyinə sadiqdir", - sənəddə bildirilir. Burada G7 ölkələrinin bəzi sahələrdə daha effektiv nəticələrə nail olmaq üçün Ümumdünya Ticarət Təşkilatını dəyişmək niyyəti əks olunur.

İranın nüvə proqramı siyahıda ikincidir.

"Biz iki məqsəddə qətiyik: İranın nüvə silahı əldə etməsinə imkan verməmək, eləcə də regionda sülh və sabitliyi saxlamaq", - G7 üzvləri bildiriblər. 

Üçüncü yerdə Ukrayna məsələsi qərarlaşıb. Burada qeyd olunur ki, Fransa ilə Almaniya yaxın həftələrdə "Normand formatı"nda görüş təşkil etmək fikrindədirlər.

Liviya məsələsinə gəlincə, G7 liderləri bu ölkədə davamlı atəşkəs rejimini sağlayacaq sülhün lehinədirlər. "Hesab edirik ki, yalnız siyasi həll Liviyada sabitliyə təminat verə bilər", - sənəddə qeyd edilir. Bildirilir ki, liderlər "bütün tərəflərin və regional aktorların iştirak edəcəyi yaxşı hazırlanmış beynəlxalq konfrans gözləyirlər.

Makron: “G7 ölkələri İranla müharibə istəmir”>>

Bəyanatın sonuncu bəndi Hinkonq hadisələrinə həsr edilib. Yekun bəyanatın müəllifləri güc tətbiq edilməsindən çəkindirərək 1984-cü ildə Böyük Britaniya ilə Çin arasında əldə olunmuş bəyannamənin vacibliyini vurğulayıblar.

"Böyük yeddiliy"in sammiti ötən şənbə Biarritsdə başlayıb və bazar ertəsi yekunlaşır.

Əlaqədar

Fransada polis etirazçıları "çimizdirdi": binaların birinci mərtəbələri sökülür - VİDEO
Tramp Makronla nahardan sonra vədlər verdi
Rəsmi olaraq başlandı: "Böyük yeddilik" dünyanı müzakirə edir
Rusiyaya “G8” lazımdırmı? Ekspertlər cavab verirlər
Tramp "G7" liderləri ilə mübahisə etdi – Rusiyaya görə
Teqlər:
bəyannamə, G7 sammiti, Donald Tramp, ÜTT, Honkonq, Liviya, İran, Ukrayna, ticarət, dünya

Əsas mövzular