09:57 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
42 0 0

ABŞ prezidenti təkidlə Rusiyanın təşkilata qaytarılmasını istəyib

BAKI, 26 avqust — Sputnik. "Böyük Yeddilər"in (G7) sammiti çərçivəsində Rusiyanın təşkilata qaytarılması məsələsi ilə bağlı keçirilmiş müzakirələr zamanı ABŞ Prezidenti Donald Tramp və onun təşkilatdan olan həmkarları arasında mübahisə yaranıb.

Sputnik Azərbaycan "Guardian" nəşrinə istinadən xəbər verir ki, Tramp müzakirələr zamanı təkidlə Rusiyanın təşkilata qaytarılmasını istəyib.

Qeyd olunur ki, "Böyük Yeddilər"dən iki ölkənin liderləri ABŞ prezidentinin ideyasını dəstəkləməyiblər və nəticədə tərəflər arasında qızğın diskussiya başlayıb. Məlumata əsasən, Tramp həmkarlarının fikirləri ilə razılaşmayıb.

Həmçinin qeyd olunur ki, Yaponiyanın Baş naziri Sindzo Abe müzakirələrdə bitərəf mövqe tutub. Lakin İtaliyanın vəzifəsini tərk etməyə hazırlaşan Baş naziri Cüzeppe Konte Amerika prezidentinin fikirləri ilə razılaşıb.

Samitin digər üzvləri, o cümlədən Avropa Şurasının rəhbəri Donald Tusk, "Böyük Səkkizlər" (G8) formatının bərpasına qarşı çıxıblar.

Tramp diskussiyalar zamanı İran, Suriya və Şimali Koreya ilə bağlı məsələlərin müzakirəsi üçün Rusiyanın təşkilatda iştirakının vacib olduğunu bildirib.

Bundan bir müddət öncə, Amerika lideri fransalı həmkarı Emmanuel Makronun Rusiyanı 2020-ci ildə keçiriləcək "G7" sammitinə dəvət etmək təklifi ilə razılaşıb.

Qeyd edək ki, "G7" sammiti Fransanın Biarrits şəhərində keçirilir. Sammit avqustun 24-də işinə başlayıb və bu gün başa çatacaq.

Əlaqədar

Moskva G7-yə mümkün dönüşü şərh etdi
Makron: “G7 ölkələri İranla müharibə istəmir”
Rəsmi olaraq başlandı: "Böyük yeddilik" dünyanı müzakirə edir
Teqlər:
G7 sammiti, Rusiya, Donald Tramp

Əsas mövzular