İnsan tərindən ətir hazırlanıb

CC0 / un-perfekt / потTər, arxiv şəkli
Tər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ənənəvi əlavələr edilən ətir işə qəbul kampaniyasının bir hissəsinə çevrilib

BAKI, 24 avqust — Sputnik. Finlandiyada insan tərindən ətir hazırlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu yerli reklam agentliyi "Mirum Helsinki" düşünüb. "Creative Essence" ətrinin əks etdirildiyi foto reklam agentliyinin "Twitter" səhifəsində paylaşılıb.

Fotokartda belə qeyd edilib: "Biz işə qəbulla məşğuluq. Növbəti partiyanın hissəsi olun". Qeyd edilir ki, ətirin tərkibinə agentlikdə çalışan insanların hamısının tərindən bir damla qatılıb. Qarışığa ənənəvi əlavələr edilib. Bu ətir işə qəbul kampaniyasının bir hissəsinə çevrilib. Rəğbətə səbəb olan müraciət edənlərə görüşə dəvətnamə əlaməti olaraq bir şüşə ətir göndərilir.

Xəbər lenti
0