06:31 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Yanğınsöndürənlər, arxiv şəkli

Yerevanda iri ticarət mərkəzindəki yanğını söndürə bilmirlər, yaralıların sayı artır

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
2420

Şahidlər deyirlər ki, yanğından əvvəl partlayış səsi eşidiblər

BAKI, 24 avqust — Sputnik. Yerevanda "Malatia Moll" ticarət mərkəzində, "Veqa" texnika və mebel mağazasında bu səhər başlayan yanğını hələ də söndürə bilmirlər.

Sputnik Ermənistan xəbər verir ki, yaxın müddətdə onun söndürülə biləcəyinə ümid yoxdur. Bu barədə SE-nin müxbirinə Ermənistan FHN-in mətbuat katibi Edmon Zərgəryan deyib. 

"Yanğına görə yüksək təhlükə səviyyəsi elan edilib, hadisə yerində 10 briqada işləyir. Hal-hazırda yanğının nə zaman lokallaşdırılacağı barədə proqnoz verə bilmərik", - Zərgəryan deyib.

Şahidlər deyirlər ki, yanğından əvvəl partlayış səsi eşidiblər. Yanğının başladığı "Veqa" mağazasından isə bu məlumatı təkzib ediblər. Mağazanın əməkdaşı deyib ki, işıqlar sönüb, onlardan panikaya qapılmamaq və ərazini tərk etmək xahiş olunub.

Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, 6 nəfər xəsarət alıb. Sputnik Ermənistan-ın müxbiri isə xəstəxanaya daha iki yaralının gətirildiyini bildirib.

Mağazaların işçiləri malları çıxarmağa çalışırlar. Onlar qutulara yığılmış texnikanı yuxarı mərtəbələrdən küçəyə tullayırlar.

Hadisə ilə bağlı hələlik cinayət işi başlamayıb.

Əsas mövzular