Ərdoğan Rusiyaya gedir

© AFP 2023 / ELVIS BARUKCICTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər çərçivəsində Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək

BAKI, 24 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya səfər edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
"Avqust qələbə ayı olacaq" – Ərdoğan qonşu ölkədə əməliyyat barədə

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, səfər çərçivəsində Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək.

Səfərin bir günlük olacağı deyilir.

Qeyd edək ki, dünən Ərdoğanın Putin ilə telefon danışığı olub.

Rəsmi Ankara Suriyada Əsəd rejiminin İdlibdəki hücumlarının problemin siyasi həllinə zərər verdiyi fikrindədir. Ərdoğan bu mesajı telefonda Rusiya Prezidentinə çatdırıb, atəşkəsin pozulmasının böyük bir humanitar böhrana yol açdığını söyləyib.

Xəbər lenti
0