Ərdoğan ilə Putin arasında telefon danışığı olub

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Telefon danışığı Suriyada Türkiyəyə aid müşahidə məntəqələrindən birinin Əsəd rejimi tərəfindən mühasirəyə alınması məlumatının yayılmasından dərhal sonra baş tutub

BAKI, 23 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Suriya ordusunun fəallaşmasının səbəbi nədir- politoloq şərhi

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, telefon danışığı Suriyada Türkiyəyə aid müşahidə məntəqələrindən birinin Əsəd rejimi tərəfindən mühasirəyə alınması məlumatının yayılmasından dərhal sonra baş tutub.

Ərdoğan telefon danışığı zamanı İdlibdəki hücumların problemin həllinə zərər verdiyini və Türkiyənin milli təhlükəsizliyi baxımından çox ciddi bir təhdidə çevrildiyini söyləyib.

Ərdoğan rejimin İdlibdə atəşkəsi pozmasının böyük humanitar böhrana yol açdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Suriya dövlət televiziyası Türkiyəyə məxsus müşahidə məntəqəsinin olduğu Morik qəsəbəsinin rejim gücləri tərəfindən mühasirəyə alındığını irəli sürüb.

Xəbər lenti
0