20:21 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
İsrail Baş Naziri Benyamin Netanyahu

Netanyahu İran obyektlərinə zərbələri istisna etməyib

© Abir Sultan/Pool via REUTERS
DÜNYA
Qısa URL
11 0 0

"Təhlükəsizlik qüvvələrinə tapşırıq vermişəm ki, İranın bu təşəbbüslərini pozmaq üçün lazım olan hər şeyi etsinlər"

BAKI, 23 avqust — Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu yerli telekanalların biri ilə müsahibəsi zamanı ölkəsinin İraqda yerləşən iranpərəst qüvvələrin bazalarına endirilmiş hava zərbələrində əlinin olduğunu istisna etməyib.

Sputnik Azərbaycan xəbər verir ki, rusdilli "Doqquzuncu Kanal"a verdiyi müsahibə zamanı Netanyahudan ölkəsinin İraqda fəaliyyət göstərib-göstərmədiyini soruşublar. "Lazım olanda fəaliyyət göstəririk" - o deyib.

"Biz bir çox cəbhələrdə fəaliyyət göstəririk. Bizi məhv etməyə çalışan dövlətə qarşı dururuq. Təbii ki, mən (qoşunlara – red.) fəaliyyət azadlığı vermişəm və təhlükəsizlik qüvvələrinə tapşırıq vermişəm ki, İranın bu təşəbbüslərini pozmaq üçün lazım olan hər şeyi etsinlər" - Netanyahu deyib.

Qeyd edək ki, iyulun ikinci yarısından etibarən Suriya və Livana silah göndərilməsi üçün istifadə olunduğu güman edilən obyektlər hava hücumlarına məruz qalıb. Sonuncu hava hücumu çərşənbə axşamı baş verib. Zərbə zamanı İraqın Salah-əd-Din vilayətində "Əl-Həşd Əş-Şaabi" qoşunlarına məxsus sursat anbarında yanğın baş verib.

İraq və "Əl-Həşd Əş-Şaabi" rəsmiləri hava hücumlarının İsrailə məxsus dronlarla endirildiyini bildiriblər.

Qeyd edək ki, "Əl-Həşd Əş-Şaabi" qoşunları İraq hökumətinin tərəfində İŞİD terror qrupuna qarşı vuruşurlar.

Əsas mövzular