12:34 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Meyit, arxiv şəkli

Meyitin telefonunu oğurladı

© Sputnik / Valeriy Titievskiy
DÜNYA
Qısa URL
32 0 0

Oğurluğu törətmiş morq işçisi cərimə olunub

BAKI, 23 avqust — Sputnik. Rusiyanın Beloqorsk şəhərində çox qəribə oğurluq faktı qeydə alınıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, şəhərin patoloji anatomiya şöbəsinin əməkdaşı meyitlərin birinin mobil telefonunu oğurlayıb.

Amur vilayətinin prokurorluğu oğurluğu törətmiş şəxsin 10 min rubl (təqribən 260 manat) həcmində cərimə olunduğunu deyib.

Məhkəmə müəyyən edib ki, vətəndaş patoloji anatomiya şöbəsində öz xidməti vəzifələrini yerinə yetirərkən meyitlərdən birinin üzərində mobil telefon görüb və onu oğurlamağa qərar verib.

O, meyitin əynində olan gödəkcədən mobil telefonu çıxarıb və hadisə yerindən uzaqlaşıb.

Teqlər:
telefon, morq, meyit, oğurluq

Əsas mövzular