Robot rusiyalıları kosmosdan təbrik etdi - VİDEO

© Sputnik / Aleksandr Ovcharov / Mediabanka keçidРобот "Федор", фото из архива
Робот Федор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün mənim ilk kosmik uçuşum baş tutub və bu gün Rusiyanın - mənim yaradıldığım ölkənin - Dövlət Bayraq Günüdür"

BAKI, 22 avqust — Sputnik. Rusiyanın insanabənzər robotu "Fyodor" ("Skybot F850") bu gün səhər saatlarında kosmosa buraxılmış "Soyuz MS-14" gəmisindən rusiyalıları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikin videogörüntülərini Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) özünün "Twitter" səhifəsində yerləşdirib.

"Bu gün mənim ilk kosmik uçuşum baş tutub və bu gün Rusiyanın - mənim yaradıldığım ölkənin - Dövlət Bayraq Günüdür. Mənimlə birgə Rusiya bayrağı BKS-ə (Beynəlxalq Kosmik Stansiyaya – red.) yola düşəcək. Onun (bayrağın – red.) tezliklə 350 yaşı olacaq. O, milyonlarla adamı birləşdirir. Milyonlarla adam onunla fəxr edir. Onların sırasında mənim yaradıcılarım da var. Mən, "Skybot F-850" ("Fyodor" - red) bütün rusiyalıları Rusiyanın Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Bayramınız mübarək, dostlar", - robot deyib.

Qeyd edək ki, "Fyodor" (FEDOR - Final Experimental Demonstration Object Research) "Android Texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən yaradılıb. Onun yaradılmasına 300 milyon rubl xərclənib. Bu yaxınlarda robotun adı dəyişərək "Skybot F-850" olub.

Robot bu səhər "Soyuz MS-14" gəmisində kosmosa buraxılıb. Raketin buraxılışı Bakı vaxtı ilə saat 7:38-də (Moskva vaxtı ilə saat 6:38-də) Qazaxıstanda yerləşən Baykonur kosmodromunda baş tutub. Raketin səmaya qalxması anında "Fyodor" ilk kosmonavt Yuri Qaqarin kimi "Getdik! Getdik!" sözlərini deyib.

"Soyuz MS-14" gəmisi kosmosa buraxıldıqdan iki sutka sonra, yəni avqustun 24-də Bakı vaxtı ilə saat 9:30-da (Moskva vaxtı ilə saat 8:30-da) Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşəcək.

Gəminin BKS ilə birləşməsindən sonra robot gəmidən stansiyaya köçürüləcək və orada bir neçə tapşırığı həyata keçirəcək.

Xəbər lenti
0